İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
18 İyun 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
107
18.06.2026, 15:03
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işində zərərçəkən qismində Günel Əfəndiyeva tanınıb.
Namizəd Səfərovun vəkilləri məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, bu olmadığı halda onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər.
Həmçinin onun prosesdə müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılması xahiş olunub.
Namizəd Səfərov vəsatətlərlə razılaşıb.
Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib, baxış iclası iyulun 2-nə təyin edilib.
Təqsirləndirilən şəxsin müdafiəçilərinin yanında əyləşməsi ilə bağlı vəsatət baxılmadan saxlanılıb. Digər vəsatətlər təmin olunmayıb.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
20:31 / 18 İyun 2026
22
20:19 / 18 İyun 2026
29
20:14 / 18 İyun 2026
67
20:02 / 18 İyun 2026
217
19:56 / 18 İyun 2026
75
19:38 / 18 İyun 2026
58
19:33 / 18 İyun 2026
140
19:25 / 18 İyun 2026
73
19:07 / 18 İyun 2026
78
19:03 / 18 İyun 2026
285
19:00 / 18 İyun 2026
381
18:52 / 18 İyun 2026
156
18:30 / 18 İyun 2026
61
18:22 / 18 İyun 2026
88
18:12 / 18 İyun 2026
87
18:00 / 18 İyun 2026
93
17:48 / 18 İyun 2026
109
17:44 / 18 İyun 2026
142
17:40 / 18 İyun 2026
92
17:36 / 18 İyun 2026
93
17:34 / 18 İyun 2026
81
17:28 / 18 İyun 2026
106
17:25 / 18 İyun 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.