Fərhad Mehdiyevin qızının ölümü ilə bağlı ŞOK DETAL
17 İyun 2026, 14:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
122
17.06.2026, 10:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.
ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəyə səfərini məmnunluqla xatırladıb, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.
Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.
Prezident İlham Əliyev Abraham Hamadenin ölkəyə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkənin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib.
O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.
Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq hər iki liderin dövlətlərarası münasibətlərin inkişafına böyük önəm verdikləri qeyd olunub.
Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.
Görüşdə Azərbaycanla ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.
14:52 / 17 İyun 2026
47
14:15 / 17 İyun 2026
85
14:15 / 17 İyun 2026
307
13:55 / 17 İyun 2026
75
13:45 / 17 İyun 2026
66
13:37 / 17 İyun 2026
261
13:21 / 17 İyun 2026
79
13:12 / 17 İyun 2026
68
13:06 / 17 İyun 2026
94
13:04 / 17 İyun 2026
88
13:00 / 17 İyun 2026
105
12:57 / 17 İyun 2026
85
12:54 / 17 İyun 2026
88
12:44 / 17 İyun 2026
84
12:38 / 17 İyun 2026
87
12:32 / 17 İyun 2026
98
12:26 / 17 İyun 2026
94
12:21 / 17 İyun 2026
107
12:19 / 17 İyun 2026
89
12:11 / 17 İyun 2026
97
12:08 / 17 İyun 2026
87
11:35 / 17 İyun 2026
105
11:23 / 17 İyun 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.