Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
30 İyul 2026, 01:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2791
27.05.2026, 16:23
Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmovun qanunvericilikdə, o cümlədən Ailə Məcəlləsində qadınlar üçün işlədilən “arvad” anlayışının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif cəmiyyətdə və media məkanında geniş müzakirələrə səbəb olub.
Deputatın “bu gün heç bir xanım ona bu ifadə ilə müraciət edilməsini arzulamaz” fikrini və bu sözün “həyat yoldaşı” ifadəsi ilə əvəzlənməsi təklifini Oxu24.com-a şərh edən dilçi mütəxəssis Elşad Abışov məsələyə dilçilik və sosiolinqvistik müstəvidə aydınlıq gətirib.
Dilçi mütəxəssis ilk növbədə bu ifadələrin tarixinə nəzər salaraq bildirib ki, XIX əsrdə və hətta XX əsrin ortalarına qədər həm xalq danışıq dilində, həm də ədəbi dildə “arvad” sözündən geniş istifadə olunub. Lakin həmin dövrlərdə mental dəyərlər və ailə institutunun xüsusiyyətləri fərqli dil davranışları formalaşdırmışdı:
“Keçmişdə kişilər başqalarının yanında öz qadınlarının adını çəkmirdilər, bu bir növ tabu hesab olunurdu. Ona görə də həyat yoldaşının adını çəkməkdənsə, “bizim qarı”, “bizim arvad”, “uşaqların anası” kimi ifadələrdən istifadə olunurdu. Eyni fikri qadınlar haqqında da söyləmək olar. Onlar da öz həyat yoldaşlarının adını çəkməyi bir növ utancaqlıq, tabu kimi qəbul etdiklərindən “bizim kişi”, “uşaqların atası” və sair kimi ifadələrə üstünlük verirdilər”.
Elşad Abışov qeyd edib ki, hal-hazırda da Azərbaycanın ayrı-ayrı bölgələrində bu cür müraciət formalarından aktiv şəkildə istifadə olunmaqdadır.
“Dilin inkişafı cəmiyyətin tərəqqisi ilə bağlıdır”
Deputat Bəhruz Məhərrəmovun qanunvericilikdə bu məsələyə yenidən baxılması təklifini tamamilə normal qarşılayan E.Abışov vurğulayıb ki, burada qeyri-adi heç bir hal yoxdur. Çünki zaman keçdikcə dildəki sözlər və ifadələr öz semantikasını (mənasını) dəyişir:
“Sözlər zamanla dilin aktiv qatından passiv fonduna doğru, eləcə də dialekt və şivələrə doğru inkişaf yolu keçir.
Əvvəlki dövrlərdə dilimizin aktiv sözü olan “arvad” ifadəsi son zamanlar artıq bir növ köhnəlmə prosesi keçirir. Cəmiyyət inkişaf etdikcə, paralel olaraq dil də inkişaf edir, çünki dilin tərəqqisi birbaşa cəmiyyətin inkişafı ilə bağlıdır”.
“Arvad” sözü dildən tamamilə çıxarılmır
Dilçi mütəxəssis onu da əlavə edib ki, hüquqi sənədlərdə aparılan bu dəyişiklik sözügedən ifadənin leksikonumuzdan silinməsi demək deyil:
“Bu o anlama gəlməməlidir ki, “arvad” sözü dilimizin leksikonundan, lüğət fondundan tamamilə çıxarılır. Təbii ki, bədii əsərlərin dilində, eləcə də xalq danışıq dilində bu sözdən yenə də istifadə olunacaqdır”.
“Müasir Azərbaycan cəmiyyəti elitardır”
Milli Məclisdə qaldırılan bu təşəbbüsün reallığı əks etdirdiyini deyən Elşad Abışov müasir Azərbaycan qadınının statusuna və cəmiyyətin müraciət formalarına da toxunub:
“Bu gün hər birimiz bilirik ki, Azərbaycan cəmiyyəti inkişaf eləmiş, elitar bir cəmiyyətdir. Artıq gündəlik həyatımızda və ictimai münasibətlərdə “arvad” sözündən bir müraciət forması kimi istifadə olunmur. Bunu nəzərə alaraq, Milli Məclisdə deputat tərəfindən “arvad” sözünün hüquqi müstəvidə “həyat yoldaşı” ifadəsi ilə əvəzlənməsi təklifinin müzakirəyə çıxarılması tamamilə qanunauyğun bir hal dır. Bu addım həm də dilin inkişafının cəmiyyətin inkişafı ilə necə sıx bağlı olduğunu bir daha bariz şəkildə nümayiş etdirir”.
Çimnaz Telmanqızı
01:13 / 30 İyul 2026
1
00:37 / 30 İyul 2026
141
00:26 / 30 İyul 2026
50
00:01 / 30 İyul 2026
52
23:49 / 29 İyul 2026
52
23:22 / 29 İyul 2026
65
22:51 / 29 İyul 2026
126
22:34 / 29 İyul 2026
66
22:11 / 29 İyul 2026
73
21:57 / 29 İyul 2026
95
21:12 / 29 İyul 2026
99
20:22 / 29 İyul 2026
78
20:09 / 29 İyul 2026
90
19:41 / 29 İyul 2026
83
19:33 / 29 İyul 2026
92
19:05 / 29 İyul 2026
83
18:57 / 29 İyul 2026
89
18:19 / 29 İyul 2026
87
18:09 / 29 İyul 2026
106
18:05 / 29 İyul 2026
125
17:59 / 29 İyul 2026
97
17:40 / 29 İyul 2026
96
17:20 / 29 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.