Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
729
19.05.2026, 11:42
Xəbər verdiyimiz kimi,bu gün açıqlanan rəsmi məlumata görə,mayın 26-dan etibarən Bakı-Tiflis sərnişin qatarı fəaliyyətini bərpa edəcək.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat yayıb.
ADY-dən Oxu24.com-a verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq.
"Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq". - məlumatda qeyd olunur.
Oxu24.com oxuculara maarifləndirmə mövzusunda yazını təqdim edir:
Bilet almaq üçün tələb olunan sənədlər
Ölkədaxili istiqamətlərdə bilet satışı şəxsiyyəti təsdiq edən sənəd əsasında həyata keçirilir.
Şəxsiyyəti təsdiq edən sənədlərə daxildir:
Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına gediş sənədi (bilet) rəsmiləşdirilən zaman səfər edən sərnişinin aşağıdakı sənədlərindən biri tələb edilir (əsli, surəti və ya my.gov.az portalından çıxarışı):
AR vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya Elektron Hökümət İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi məlumatları / QR kod (“My.gov.az” portalından qeydiyyatdan keçməklə));
Türkiyə Respublikasının vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənəd (TC – kimlik);
pasport (bütün növlər);
hərbi bilet-həqiqi hərbi qulluqda olanlar, əsgərlər (hərbi bileti olmadıqda əvəz edən məzuniyyət vərəqəsi) və kursantlar;
15 yaşına qədər uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi. Yeni doğulmuş uşaqlara (bir ay müddətində) doğum evindən verilmiş arayış (ana və ya atanın adına pulsuz bilet yazılmalıdır);
azadlığa buraxılma barədə arayış (etibarlılıq müddəti bitməyən);
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;
Səfirlik tərəfindən təsdiq edilmiş şəxsiyyəti təsdiq edən sənəd;
Xarici İşlər Nazirliyi tərəfindən verilən Diplomatik pasport;
Xarici İşlər Nazirliyində çalışan əcnəbi vətəndaşlara verilən xidməti vəsiqə;
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi;
BMT QAK tərəfindən verilən və bu şəxslərin ölkəmizdə qanuni yaşayışını təsdiq edən “Qaçqın himayə vəsiqəsi”nin ölkədaxili sərnişin qatarlarına biletlərin alınması və səfər etməsi üçün şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilir.
Əcnəbi vətəndaşların nəzərinə:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən:
21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
21.5.1. Viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə;
21.5.2. Viza tələb olunmayan qaydada gələnlər – 90 gün müddətinə.
Əlavə məlumatı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən əldə edə və ya Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilərsiniz.
01:04 / 10 İyun 2026
142
00:24 / 10 İyun 2026
173
00:01 / 10 İyun 2026
128
23:52 / 09 İyun 2026
155
23:36 / 09 İyun 2026
261
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
129
23:15 / 09 İyun 2026
125
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
176
22:59 / 09 İyun 2026
267
22:52 / 09 İyun 2026
472
22:41 / 09 İyun 2026
127
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
135
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
158
21:01 / 09 İyun 2026
119
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
147
20:27 / 09 İyun 2026
141
20:10 / 09 İyun 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.