Bu ərazilər qazsız qalacaq
12 May 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
248
12.05.2026, 18:58
Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftəsonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq.
Oxu24.com xəbər verir ki, adıçəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən edilib.
Bundan başqa, 7 rayonun məktəblərinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Adıçəkilən rayonları əhatə edən məktəblərdə mayın 15-i sonuncu dərs günü olacaq və tətildən sonra ilk dərs mayın 25-də başlayacaq.
Bununla yanaşı mayın 27-dən 31-nə kimi Qurban bayramı ilə əlaqədar olaraq daha 5 günlük tətil elan olunacaq.
Beləliklə, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının ümumitəhsil müəsisələrində oxuyan şagirdlər may ayında 14 gün məktəbə getməyəcəklər.
Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarının məktəblərinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərinində təhsil alanlar da mayın 18-dən 22-dək evdə olacaqlar. V-XI siniflərində dərslər isə adı qaydada, yəni şagirdlər məktəbə getmək formasında keçiriləcək.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Bakı məktəblərində yaz tətilinin vaxtı dəyişdirilib. 1-5 may tarixləri, 18-22 may tarixləri ilə əvəzlənib./Yeni Sabah/
20:39 / 12 May 2026
1
20:36 / 12 May 2026
18
20:35 / 12 May 2026
30
20:30 / 12 May 2026
28
20:24 / 12 May 2026
95
20:23 / 12 May 2026
59
20:17 / 12 May 2026
46
20:14 / 12 May 2026
40
20:09 / 12 May 2026
53
19:59 / 12 May 2026
343
19:59 / 12 May 2026
191
19:58 / 12 May 2026
160
19:51 / 12 May 2026
138
19:29 / 12 May 2026
76
19:13 / 12 May 2026
152
19:08 / 12 May 2026
103
18:45 / 12 May 2026
78
18:29 / 12 May 2026
97
18:18 / 12 May 2026
193
18:09 / 12 May 2026
98
17:50 / 12 May 2026
135
17:40 / 12 May 2026
255
16:55 / 12 May 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.