Mayın 7-də Günəşdə güclü partlayış baş verib
07 May 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
70
07.05.2026, 20:54
Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.
Oxu24.com xəbər verir ki, bununla bağlı onlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.
Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.
"Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı", - deyə şikayətçi narazılığını dilə gətirib.
Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb.
Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:
"Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilirBakupost.az
Həmçinin oxuyun
22:33 / 07 May 2026
1
22:10 / 07 May 2026
17
21:54 / 07 May 2026
40
21:43 / 07 May 2026
47
21:29 / 07 May 2026
46
21:16 / 07 May 2026
97
21:05 / 07 May 2026
58
20:43 / 07 May 2026
63
20:40 / 07 May 2026
61
20:26 / 07 May 2026
67
20:11 / 07 May 2026
149
20:09 / 07 May 2026
83
19:59 / 07 May 2026
86
19:50 / 07 May 2026
126
19:45 / 07 May 2026
127
19:39 / 07 May 2026
111
19:27 / 07 May 2026
84
19:15 / 07 May 2026
153
19:10 / 07 May 2026
70
19:06 / 07 May 2026
70
18:55 / 07 May 2026
71
18:49 / 07 May 2026
74
18:45 / 07 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.