Dövlətlərin bir-birinə verdiyi nota nədir?
06 May 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
152
06.05.2026, 22:24
İnsanlar həyatını itirdikdə onların geridə qoyduğu mal-mülkün taleyi hər zaman ciddi maraq doğurur. Xüsusilə vəsiyyətnamə qoyulmadıqda ailə üzvləri arasında əmlak bölgüsünün necə aparılacağı ilə bağlı suallar yaranır. Qanunvericilik bu məsələdə konkret qaydalar tənzimləyir və mirasın kimə çatacağını dəqiq müəyyənləşdirir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı vəkil Emil Aslanov bildirib ki, vəsiyyətnamənin olub-olmamasından asılı olmayaraq, mirasda məcburi pay hüququ mövcuddur:
“Birinci növ vərəsələrə ölənin valideynləri, yəni atası və anası, əri və ya arvadı, həmçinin övladları daxildir və onlar məcburi pay hüququna malikdirlər. Bu şəxslər, miras açıldığı andan etibarən, ölənin mülkiyyətində olan daşınar və daşınmaz əmlaka, eləcə də miras kütləsinə daxil olan digər əşyalara vərəsə olurlar. Qanunvericiliyə əsasən, həmin əmlak bu vərəsələr arasında bərabər paylanır.
Vəkil bildirib ki, birinci növ vərəsələr siyahısına rəhmətə gedən şəxsin valideynləri, yəni atası və anası, sağ qalan həyat yoldaşı və övladları daxildir. Həmin şəxslər miras açıldığı andan etibarən mərhumun mülkiyyətində olan ev, avtomobil, pul və digər qiymətli əşyalara ortaq sayılırlar. Mövcud qanunlara əsasən, həmin əmlak kütləsi bu vərəsələr arasında bərabər hissələrə bölünür.
Həmçinin oxuyun
“Bundan əlavə, əgər əmlak ər arvadın birgə nikahı dövründə əldə olunubsa, onun yarısı sağ qalan həyat yoldaşına məxsus sayılır. Qalan hissə isə miras kütləsinə daxil edilir və birinci növ vərəsələr arasında bölüşdürülür.
Beləliklə, həm həyat yoldaşının nikah dövründə əldə edilmiş əmlak üzərində payı qorunur, həm də qalan miras hissəsi valideynlər, övladlar və həyat yoldaşı arasında qanunla müəyyən edilmiş qaydada bölünür”, – deyə vəkil qeyd edib.
Yəni, şəxs vəfat etdikdə onun mülkü ilk növbədə həyat yoldaşı, uşaqları və valideynləri arasında bərabər bölünür, əgər əmlak evlilik müddətində alınıbsa, həyat yoldaşı əvvəlcə öz yarı payını götürür, qalan hissə isə hamı arasında bölüşdürülür./Demokrat.az/
23:48 / 06 May 2026
1
23:45 / 06 May 2026
17
23:41 / 06 May 2026
22
23:34 / 06 May 2026
22
23:30 / 06 May 2026
2142
23:29 / 06 May 2026
121
23:29 / 06 May 2026
33
23:27 / 06 May 2026
123
23:20 / 06 May 2026
77
23:16 / 06 May 2026
33
23:08 / 06 May 2026
38
23:02 / 06 May 2026
39
23:00 / 06 May 2026
116
23:00 / 06 May 2026
96
22:46 / 06 May 2026
209
22:45 / 06 May 2026
39
22:23 / 06 May 2026
125
22:12 / 06 May 2026
54
21:59 / 06 May 2026
212
21:41 / 06 May 2026
113
21:29 / 06 May 2026
68
21:08 / 06 May 2026
68
20:58 / 06 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.