Pensiya ala-ala işləyən şəxslərə ŞAD XƏBƏR
05 May 2026, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
217
05.05.2026, 13:19
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib ki, yaxın zamanda Azərbaycan–İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək. Məlumata görə, burada piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq. Sözügedən açıqlamada xüsusilə “piyadaların keçidi üçün şərait yaradılması” hissəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bu anons Teleqramdakı bəzi xəbər kanallarında quru sərhədlərin açılmasının anonsu kimi dəyərləndirilib. Lakin hələ ki, bununla bağlı hər hansı rəsmi qərar yoxdur.
Həmçinin oxuyun
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi, "Ağ Partiya" sözçüsü Cavanşir Abbaslı qeyd edib ki, son günlərdə quru sərhədlərinin açıla biləcəyi barədə məlumatlar mütəmadi şəkildə tirajlanmaqdadır: "Hətta bəzi iddialar da ortaya atılıb. Əvvəlcə xəstələrə güzəştlərin edilməsinin vacibliyi önə çəkildi ki, xəstə insanların xaricdə müalicə alması üçün onların qarşısında yaşıl işıq yandırılmalıdır. Onun ardınca yaş məsələsi ortaya atıldı ki, azyaşlı uşaqların xaricə getmələri təmin olunmalıdır. Təbii ki, hər iki iddia barədə mən fikirlərimi bildirmişdim; xəstələr barədə mütləq şəkildə vacibdir. Azyaşlı uşaqlar isə özbaşına və ya təkbaşına gedə bilməzlər, onlara mütləq nəzarətçilər olacaq, valideynləri aparacaqlar. Bu isə orta yaş təbəqəsinin də quru sərhədlərdən keçməsinin təmin edilməsi olacaq ki, bu da yavaş-yavaş quru sərhədlərin açılması anlamına gələcək".
Ekspertin sözlərinə görə, artıq hiss olunur ki, Azərbaycan hökuməti də bir neçə ildən sonra quru sərhədlərin açılmasının vacibliyini daha çox anlamağa başlayıb: "Artıq quru sərhədlərin bağlı qalmasına bir əsas görmür. Əvvəllər irəli sürülən arqumentlər demək olar ki, sıradan çıxarılıb. Amma son aylar, xüsusilə də ötən ilin yayından etibarən İran ətrafında baş verən proseslərdən sonra quru sərhədlərin bir müddət bağlı qalmasının vacibliyi önə çıxdı. Hesab edirəm ki, İran ətrafındakı gərginlik də bu ilin sonuna qədər aradan qalxacaq. Ondan sonra quru sərhədlərin bağlı qalmasına heç bir əsas qalmayacaq. Tirajlanan xəbərlər ondan xəbər verir ki, quru sərhədlərin açılması üçün insanlar artıq öyrəşdirilir və bu proses getdikcə reallığa çevrilməkdədir. Ümumiyyətlə, gələn il quru sərhədlərlə bağlı məhdudiyyətlərin tamamilə aradan qaldırılacağı düşüncəsindəyəm. Amma bu, birdəfəyə veriləcək qərar olmayacaq; məhdudiyyətlər hissə-hissə aradan qaldırılacaq".NOCOMMENT.az
15:55 / 05 May 2026
2
15:45 / 05 May 2026
22
15:40 / 05 May 2026
35
15:35 / 05 May 2026
36
15:29 / 05 May 2026
152
15:20 / 05 May 2026
91
15:11 / 05 May 2026
165
15:05 / 05 May 2026
416
15:03 / 05 May 2026
51
15:00 / 05 May 2026
52
14:58 / 05 May 2026
45
14:42 / 05 May 2026
46
14:33 / 05 May 2026
46
14:27 / 05 May 2026
64
14:21 / 05 May 2026
43
14:13 / 05 May 2026
318
14:04 / 05 May 2026
195
13:46 / 05 May 2026
63
13:38 / 05 May 2026
55
13:32 / 05 May 2026
58
13:26 / 05 May 2026
355
13:19 / 05 May 2026
74
13:07 / 05 May 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.