Qaynar xətt:

(+99450) 247 90 86

Ağcabədidə 48 yaşlı qadın öldürüldü 

Ağcabədidə 48 yaşlı qadın öldürüldü 

CƏMİYYƏT

92

02.05.2026, 18:33

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

 

Oxu24.com  xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

 

İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.

 

Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.//qafqazinfo