Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB -də yüksək vəzifəyə TƏYİNAT

TƏBİB -də yüksək vəzifəyə TƏYİNAT

CƏMİYYƏT

488

01.05.2026, 10:37

TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib.

Oxu24.com bildirir ki TƏBİB-dən APA-ya verilən xəbərə görə, bu vəzifəyə Rahim Hüseynov təyin olunub.

Qeyd edək ki, o, 2021–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Rahim Hüseynov 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.