Qaynar xətt:

(+99450) 247 90 86

​Bu məmur Ermənistanda qızıl medal alıb - FOTO 

​Bu məmur Ermənistanda qızıl medal alıb - FOTO 

CƏMİYYƏT

83

29.04.2026, 21:21

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri bu gün region mediasının əsas mövzularından birinə çevrilib.

Oxu24.com-un məlumatına görə, erməni KİV-ləri Şahin Mustafayevin personasına geniş yer ayırıb. Baş nazirinin müavininin erməni dilində sərbəst danışdığı və 40 ildən sonra yenidən Ermənistanda olduğu qeyd edilib.

Erməni mediası yazıb ki, Mustafayev Ermənistanda doğulub və orada təhsil alıb. Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.Metbuat.az

Fotoda: Şahin Mustafayev

Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin Mustafayev 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Civilnet” media qurumu 2014-cü ildə Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. Filmdə Ş.Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunub ki, sinifdə yeganə azərbaycanlı şagird olan Şahin Mustafayev orta məktəbi qızıl medalla başa vurmağı bacarıb.

Xatırladaq ki, Şahin Mustafayev hazırda Baş nazirinin müavini olmaqla yanaşı, həm də Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Azərbaycan tərəfdən sədridir.