Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası
12 Noyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
553
08.04.2026, 12:52
Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
MEDİA-dan Oxu24.com-a verilən xəbərə görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Qazaxıstan Respublikasının xarici işlər nazirinin müşaviri Alişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət edir. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

15:55 / 12 Noyabr 2026
1
15:36 / 12 Noyabr 2026
135
15:15 / 12 Noyabr 2026
28
15:12 / 12 Noyabr 2026
62
14:15 / 12 Noyabr 2026
110
14:04 / 12 Noyabr 2026
301
13:59 / 12 Noyabr 2026
267
13:55 / 12 Noyabr 2026
110
13:45 / 12 Noyabr 2026
185
13:36 / 12 Noyabr 2026
232
13:29 / 12 Noyabr 2026
110
13:21 / 12 Noyabr 2026
125
13:20 / 12 Noyabr 2026
150
13:18 / 12 Noyabr 2026
474
13:16 / 12 Noyabr 2026
142
13:07 / 12 Noyabr 2026
408
13:04 / 12 Noyabr 2026
102
13:00 / 12 Noyabr 2026
106
12:40 / 12 Noyabr 2026
122
12:25 / 12 Noyabr 2026
155
12:05 / 12 Noyabr 2026
148
11:55 / 12 Noyabr 2026
132
11:50 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.