Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı
03 Aprel 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
149
03.04.2026, 19:44
Moskvada Prezident yanında Millətlərarası Münasibətlər Şurasının İnformasiya Təminatı və Beynəlxalq Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.
Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, iclası komissiyanın sədri və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan açıb.
O, komissiyanın yeni tərkibinin millətlərarası münasibətlərdə yeni məsələləri və müasir çağırışları həll etməyə imkan verəcəyini bildirib.
İclasda iştirak edənlər arasında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov, Millətlər üzrə Federal Agentliyin nümayəndəsi İvan Vlasov, Rusiya Prezident Administrasiyasının, Moskva Hökumətinin Millətlər Şurasının, milli mədəni birliklərin nümayəndələri iştirak ediblər.
Rusiyada yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir.
Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib. Onun dəstəyilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası irəli sürülmüşdü. O, İkinci Qarabağ müharibəsindən sonra keçmiş qondarma separatçı rejimin bəzi üzvləri ilə təmaslarını davam etdirib. Məsələn, 2021-ci ildə hazırda Bakıda həbsdə olan Arayik Harutyunyanla Moskvada görüşü zamanı Qarabağı “erməni torpağı” adlandırmışdı.
Ara Abramyan 2026-cı ilin iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəyini də açıqlayıb. Abramyan Paşinyan hökumətini sərt tənqid edərək deyib ki, Paşinyan iqtidarı Qarabağı itirib, ölkənin ən mühüm obyektlərinə nəzarəti əcnəbilərə verir, Ermənistanın borcunu artırır. “Son yeddi ilin tarixi göstərir ki, Paşinyan ictimai əhval-ruhiyyəni manipulyasiya edərək, ona inanan insanları bu gün şahidi olduğumuz yalanın və milli faciənin istəmədən iştirakçılarına çevirib”. Belə mənfi reputasiyaya, regionda sülhə qarşı olan birinin Rusiyada “millətlərarası münasibətlərin” tapşırılması haqlı suallar doğurur.
Qeyd edək ki, Rusiya prezidenti ötən ilin sonunda onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Həmçinin oxuyun
22:59 / 03 Aprel 2026
16
22:48 / 03 Aprel 2026
33
22:30 / 03 Aprel 2026
45
22:16 / 03 Aprel 2026
37
21:49 / 03 Aprel 2026
53
21:47 / 03 Aprel 2026
53
21:37 / 03 Aprel 2026
57
21:25 / 03 Aprel 2026
61
21:15 / 03 Aprel 2026
66
21:04 / 03 Aprel 2026
64
20:47 / 03 Aprel 2026
175
20:34 / 03 Aprel 2026
185
20:19 / 03 Aprel 2026
81
20:08 / 03 Aprel 2026
70
19:56 / 03 Aprel 2026
154
19:32 / 03 Aprel 2026
163
19:23 / 03 Aprel 2026
118
19:10 / 03 Aprel 2026
137
18:53 / 03 Aprel 2026
172
18:40 / 03 Aprel 2026
302
18:30 / 03 Aprel 2026
87
18:20 / 03 Aprel 2026
91
18:10 / 03 Aprel 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.