Təmayüllü məktəblər repetitorluğu sıradan çıxara biləcəkmi? - Foto
12 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1548
03.04.2026, 16:04
Azərbaycanda yas mərasimlərinin keçirilmə forması, xüsusilə də dəbdəbəli yemək süfrələrinin açılması cəmiyyətdə müzakirə mövzusudur.
İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada bu ənənənin İslam dini ilə heç bir əlaqəsinin olmadığını və sonradan uydurulmuş bir "bidət" olduğunu vurğulayıb.
Tural İrfan bildirib ki, İslamda yemək süfrəsi açmaq yalnız müəyyən hallarda - evlilik, sünnət mərasimləri və dini bayramlarda tövsiyə olunur. Yas zamanı və ya dərhal sonra süfrə açmaq isə dinin mənəvi mahiyyətinə ziddir:
"Məntiqlə yanaşdıqda belə çıxır ki, kimsə yaxını vəfat etdiyinə görə sevinir və bu sevincin əlaməti olaraq camaata yemək verir. Bu, həm dini, həm də insani baxımdan yolverilməzdir."
İlahiyyatçı qeyd edib ki, tarix boyu maarifçi alimlərlə yanaşı, dini istismar edən xurafatçı qruplar da olub. Məhz bu təbəqə "tümən süfrəsi" kimi ayinləri adət halına salaraq insanlara mənəvi yük yaratmışlar. Onun sözlərinə görə, ehsan anlayışı yalnız yeməklə məhdudlaşmır və hər hansı bir sahədə ehtiyacı olanlara kömək etmək savabdır. Lakin bu xeyriyyə işlərini məhz yas gününə salmaq, dəfn prosesi ilə əlaqələndirmək yanlışdır.
Ən diqqətçəkən məqamlardan biri də yas yerlərində pul yazılan "borc dəftərləri" ilə bağlıdır. Tural İrfan bu halı kəskin tənqid edərək bildirib:
“Verilən pulu dəftərə yazdırmaq yas sahibinə kömək deyil, onu borclandırmaqdır. Dinə görə yaxınlar və qonşular yas sahibinə ərzaq və maddi dəstəyi təmənnasız, onu minnət altında qoymadan etməlidirlər. Heç bir digər müsəlman ölkəsində belə bir "yas dəftəri" və ya "minnət siyahısı" mövcud deyil”.
İlahiyyatçı vurğulayıb ki, yas yerləri yeyib-içmək yığıncağı olan "məclis" deyil, hüzün və dəfn günü olan "mərasim" xarakteri daşımalıdır. Mərasimin əsas məqsədi ölünün dəfni, yas sahibinə başsağlığı vermək və ona maddi-mənəvi dayaq olmaqdır. Yemək süfrələri isə həm israfçılıqdır, həm də kədərli ailə üçün əlavə bir yükdür.
Çimnaz Telmanqızı
18:16 / 12 Noyabr 2026
6
18:15 / 12 Noyabr 2026
35
18:07 / 12 Noyabr 2026
43
17:53 / 12 Noyabr 2026
63
17:19 / 12 Noyabr 2026
67
16:25 / 12 Noyabr 2026
84
16:21 / 12 Noyabr 2026
108
15:55 / 12 Noyabr 2026
100
15:36 / 12 Noyabr 2026
483
15:15 / 12 Noyabr 2026
176
15:12 / 12 Noyabr 2026
97
14:15 / 12 Noyabr 2026
185
14:04 / 12 Noyabr 2026
481
13:59 / 12 Noyabr 2026
380
13:55 / 12 Noyabr 2026
127
13:45 / 12 Noyabr 2026
249
13:36 / 12 Noyabr 2026
356
13:29 / 12 Noyabr 2026
147
13:21 / 12 Noyabr 2026
166
13:20 / 12 Noyabr 2026
190
13:18 / 12 Noyabr 2026
620
13:16 / 12 Noyabr 2026
190
13:07 / 12 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.