Bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar
10 İyun 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
629
03.04.2026, 17:02
Bakı bulvarının sirli “qülləsi” – bir vaxtlar paraşüt qülləsi kimi istifadə olunan unikal tikili
Paytaxtın ən məşhur istirahət məkanlarından biri olan Bakı bulvarı boyunca yerləşən və “saatlı qüllə” adlandırılan 75 metrlik konstruksiya uzun illərdir şəhərin simvollarından birinə çevrilib. Bu tikili ilə bağlı zaman-zaman müxtəlif versiyalar səsləndirilsə də, onun tarixi daha maraqlı və qeyri-adi faktlarla zəngindir.
Oxu24.com xəbər verir ki,mütəxəssislərin və tarixi mənbələrin məlumatına görə, bu konstruksiya XX əsrin ortalarında paraşüt idmanı üçün nəzərdə tutulmuş xüsusi bir qüllə kimi inşa edilib. 1936-cı ildə istifadəyə verilən tikili o dövrdə gənclərin paraşütlə tullanma təcrübəsi qazandığı nadir idman obyektlərindən biri olub.
Lakin 1960-cı illərdə baş verən bədbəxt hadisədən sonra qüllənin idman məqsədli istifadəsi dayandırılıb. Bundan sonra onun sökülməsi belə gündəmə gəlib.
Tarixi mənbələrdə qeyd olunur ki, tikilinin memarlıq dəyəri və müəllifinin məşhur mühəndis Vladimir Şuxov olması barədə məlumatlar onun qorunmasında həlledici rol oynayıb. Məhz bu səbəbdən konstruksiya sökülməkdən xilas edilib.
Sonrakı illərdə isə qüllə yenidən bərpa olunaraq funksional bir müşahidə və informasiya obyektinə çevrilib. Burada saat, temperatur və küləyin sürəti kimi göstəricilər nümayiş etdirilir.
Bu gün həmin tikili Bakı bulvarınin ən diqqətçəkən simvollarından biri kimi həm yerli sakinlərin, həm də turistlərin maraqla izlədiyi abidələr sırasındadır.
Hazırladı:Jalə
09:58 / 10 İyun 2026
1
09:45 / 10 İyun 2026
28
09:43 / 10 İyun 2026
29
09:42 / 10 İyun 2026
34
09:40 / 10 İyun 2026
48
09:39 / 10 İyun 2026
39
01:04 / 10 İyun 2026
286
00:24 / 10 İyun 2026
340
00:01 / 10 İyun 2026
214
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
156
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
300
22:52 / 09 İyun 2026
550
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
151
21:29 / 09 İyun 2026
183
21:23 / 09 İyun 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.