Bu sahədə çalışanlara PİS XƏBƏR: Attestasiyadan keçiriləcəklər
10 İyun 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
686
02.04.2026, 14:47
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na edilən son dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ olan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyən edilib.
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Oxu24.com-a açıqlamasında qeyd edib ki, müəllim hazırlığı və pedaqoji fəaliyyətə buraxılma qaydalarındakı bu yeni dəyişiklik, əslində təhsilin məzmunu ilə metodikası arasındakı o incə tarazlığı yenidən gündəmə gətirir.
“Bu məsələyə həm fundamental akademik prinsiplər, həm də bazar iqtisadiyyatının tələbləri prizmasından baxmaq lazımdır.Müəllim hazırlığında ixtisas uyğunluğu sadəcə bir diplomun adı deyil, o, tədris olunacaq fənnin fəlsəfəsinə dərindən bələd olmaq deməkdir. Biz illərdir "müəllimlik ixtisası" ilə "təmiz ixtisası" bir-birindən ayırmışıq. Məsələn, riyaziyyatçı ilə riyaziyyat müəllimi eyni adam deyil. Riyaziyyatçı elmi öyrənir, müəllim isə o elmin şagirdin qavrayış səviyyəsinə necə endirilməsinin metodikasını. Lakin yeni qayda ilə qeyri-pedaqoji ixtisasların (məsələn, riyaziyyat, fizika, musiqi, və s.) siyahıya daxil edilməsi o deməkdir ki, dövlət artıq "akademik dərinliyi" olan kadrların sinif otağına girməsində maraqlıdır. İxtisas uyğunluğu ona görə önəmlidir ki, müəllim öyrətdiyi mövzunun hüdudlarından kənara çıxa bilsin, şagirdin ən çətin və gözlənilməz suallarına elmi cavab verə bilsin. Əgər bir şəxs musiqi ixtisasını bitiribsə, onun musiqi duyumu və alətdə ifa bacarığı, standart pedaqoji təhsil almış birindən daha üstün ola bilər. Bu üstünlük, dərsin keyfiyyətinə və şagirdin marağına birbaşa təsir edən amildir.Hər bir islahatın müsbət tərəfləri olduğu kimi, bu qərarın da ciddi riskləri və mənfi tərəfləri istisna deyil.
Ən böyük risk budur. Qeyri-pedaqoji ixtisası bitirən şəxs öz fənnini mükəmməl bilə bilər, amma 11-12 yaşlı uşağın psixologiyasını, sinifdə yaranan konfliktləri idarə etməyi və ya 45 dəqiqəni necə planlaşdırmağı bilmir. Əgər bu şəxslər üçün nəzərdə tutulan keçid kursları formal olarsa, biz siniflərdə şagirdlə dil tapa bilməyən, sadəcə "mühazirə oxuyan" mütəxəssislər ordusu görə bilərik.
İllərlə müəllimlik oxuyan tələbələrdə belə bir sual yaranacaq: "Mən niyə 4 il metodika və pedaqogika oxudum, əgər kənardan gələn biri bir neçə aylıq kursla mənimlə eyni hüquqa sahib olursa?". Bu, pedaqoji təhsilə olan marağı azalda və bu fakültələrin abituriyentlər arasındakı nüfuzuna kölgə sala bilər.
Artıq onsuz da çox olan namizəd ordusuna yeni ixtisas sahiblərinin əlavə olunması, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında rəqabəti dözülməz həddə çatdıracaq. Bu, illərini bu peşəyə hazırlıqla keçirmiş müəllimlərin mənəvi-psixoloji gərginliyini artıracaq və bəlkə də ən yaxşı pedaqoqların sistemdən kənarda qalmasına səbəb olacaq”.
Ekspertin sözlərinə görə, bu qərar təhsildə kadr seçimini "diplom mərkəzli" modeldən "bacarıq mərkəzli" modelə keçirmək cəhdidir:
“Lakin bu keçidin uğuru, qeyri-pedaqoji kadrların sinfə girməzdən əvvəl keçəcəyi o "pedaqoji süzgəcin" nə dərəcədə möhkəm və ədalətli olmasından asılı olacaq. Əks halda, biz yaxşı bir mütəxəssis qazanmaq istərkən, sinif mühitini və pedaqoji ruhu itirə bilərik”,-deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
13:23 / 10 İyun 2026
1
13:15 / 10 İyun 2026
21
13:12 / 10 İyun 2026
41
12:54 / 10 İyun 2026
572
12:52 / 10 İyun 2026
39
12:48 / 10 İyun 2026
58
12:43 / 10 İyun 2026
54
12:38 / 10 İyun 2026
56
12:29 / 10 İyun 2026
321
12:27 / 10 İyun 2026
174
12:19 / 10 İyun 2026
94
12:16 / 10 İyun 2026
69
12:13 / 10 İyun 2026
66
12:00 / 10 İyun 2026
84
11:52 / 10 İyun 2026
71
11:47 / 10 İyun 2026
224
11:41 / 10 İyun 2026
120
11:36 / 10 İyun 2026
90
11:32 / 10 İyun 2026
89
11:21 / 10 İyun 2026
92
11:13 / 10 İyun 2026
106
11:06 / 10 İyun 2026
685
11:01 / 10 İyun 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.