Qaynar xətt:

(+99450) 247 90 86

Əzrayil Həzrət Musanın canını necə aldı?

2019-07/1563133249_musa_3247656565.jpg

CƏMİYYƏT

873

14.07.2019, 23:40

\"\" Bir gün Əzrayil (ə) Həzrət Musanın (ə) yanına gəlir.
Musa (ə) soruşur: \"Ziyarətim üçün gəlmisən, yoxsa ruhumu qəbz etmək üçün?\". Əzrayil (ə) deyir: \"Ruhunu qəbz etmək üçün\". Musa (ə): \"Mənə bir saat möhlət ver, övladlarımla xudahafizləşim\". Əzrayil (ə): \"Möhlət yoxdur\". Musa (ə) səcdəyə düşür və Allaha yalvarır ki, ona övladları ilə xudahafizləşmək üçün möhlət versin. Allah Təala Əzrayilə (ə) xitab edir: \"Musaya (ə) möhlət ver!\". (Tebyan) Əzrayil (ə) də möhlət verir və Musa (ə) anasının yanına gəlir və deyir: \"Qarşıda səfərim vardır\". Anası deyir: \"Nə səfərdir?\". Musa: \"Axirət səfəridir\". Anası bu sözlərdən ağlayır. Musa (ə) həyat yoldaşının yanına gəlir və uşaqlarını onun yanında görür. Onlarla xudaрфfizləşir. Uşaqları atasının ətəyindən yapışıb, ağlayırlar və Musanın (ə) qəlbi də yanır, o da ağlayır. Allah Musaya (ə) vəhy edir: \"Ey Musa! Sən bizim dərgahımıza gəlirsən! Bu ağlamağın nə üçündür?\". Musa (ə): \"Ürəyim uşaqlarımın halına yanır\". Allah: \"Ey Musa! Onlardan ürəyini qopart. Mən onların qayğısına qalacağam və onları məhəbbət qucağımda böyüdəcəyəm\". Musanın (ə) qəlbi sakitləşir və Əzrayilə (ə) deyir: \"Canımı hansı üzvümdən alacaqsan?\". Əzrayil (ə): \"Ağzından\". Musa (ə): \"Vasitəsiz olaraq Allahı zikr etdiyim ağzımdan canımı alacaqsan?\". Əzrayil (ə): \"Əlindən\". Musa (ə): \"Tövratı tutduğum əlimdən?\". Əzrayil (ə): \"Ayağından\". Musa (ə): \"Allaha münacat üçün Tur dağına getdiyim ayaqlarımdan?\". Əzrayil (ə) Musaya (ə) gözəl ətirli bir narıngi verir və Musa (ə) onu iyləyib can verir. Mələklər Musaya (ə) deyirlər: \"Ey o kəs ki, peyğəmbərlər arasında ən rahat can vermişdir! Ölümü necə gördün?\". Musa (ə) deyir: \"Ölümü, qoyunun diri-diri dərisini soyan kimi gördüm\".