Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5042
16.03.2026, 14:11
Ailə institutunun qorunması və gücləndirilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Xüsusilə, çoxuşaqlı ailələrə göstərilən dəstək həm sosial rifahın artırılması, həm də demoqrafik inkişaf baxımından böyük əhəmiyyət daşıyır.
Son günlər ölkəmizdə çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı müzakirələr aparılır. Hətta çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsinə dair yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edib:
“Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər”.
Sözügedən təkliflə fikirlərini Oxu24.com-la bölüşən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkəmizdə çoxuşaqlı ailələrə sosial dəstəyin genişləndirilməsi ilə bağlı səsləndirilən yeni təklif demoqrafik siyasət və sosial müdafiə baxımından diqqətəlayiq məsələdir:
“Hazırda qüvvədə olan mexanizmə görə aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə verilir. Müasir demoqrafik trendləri nəzərə alsaq, altı və daha çox uşaqlı ailələrin sayı çox məhduddur. Ona görə də sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsi, məsələn, 4 və ya 5 uşaqlı ailələrin də bu sistemə daxil edilməsi daha çox ailənin sosial müdafiəsini gücləndirə bilər”.
İqtisadçı vurğulayıb ki, çoxuşaqlı ailələrə dəstək təkcə sosial yardım kimi yox, həm də demoqrafik siyasətin mühüm aləti kimi qiymətləndirilə bilər:
“Bir çox ölkədə doğum səviyyəsini sabit saxlamaq və ya artırmaq üçün dövlət bu tip təşviq mexanizmlərindən istifadə edir. Azərbaycanda da ailələrin maliyyə yükünün azaldılması gələcəkdə doğum göstəricilərinə müsbət təsir göstərə bilər.
Əgər müavinətlərin əhatə dairəsi genişləndirilərsə, dövlət büdcəsindən sosial xərclər artacaq. Lakin düzgün hədəflənmiş sosial siyasət uzunmüddətli perspektivdə kapitalının inkişafına və sosial sabitliyə müsbət təsir göstərə bilər. Nəticə etibarilə, çoxuşaqlı ailələrə sosial dəstəyin genişləndirilməsi sosial ədalət və demoqrafik balans baxımından müsbət addım ola bilər. Bu siyasətin effektiv olması üçün meyarların düzgün müəyyənləşdirilməsi, maliyyə dayanıqlığının təmin edilməsi və dəstəyin real ehtiyacı olan ailələrə yönəldilməsi vacibdir”.
Yeganə
09:51 / 13 Noyabr 2026
10
09:46 / 13 Noyabr 2026
69
09:44 / 13 Noyabr 2026
34
09:38 / 13 Noyabr 2026
52
09:34 / 13 Noyabr 2026
86
09:33 / 13 Noyabr 2026
48
09:31 / 13 Noyabr 2026
53
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
783
01:42 / 13 Noyabr 2026
30
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1616
23:51 / 12 Noyabr 2026
208
23:40 / 12 Noyabr 2026
269
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1079
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
23:03 / 12 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.