Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3717
16.03.2026, 12:25
İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir.
Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
"Sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boşdayanma səbəblərindən işləməyibsə və ya tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur", - məlumatda bildirilib.
Qeyd edilib ki, məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əməkhaqqı isə həmin ayların əməkhaqqının cəmlənmiş məbləğinin 12-yə bölünməsi ilə müəyyən edilir: "Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölünməsi yolu ilə bir günlük əməkhaqqı hesablanır. Daha sonra bu məbləğ məzuniyyət günlərinin sayına vurulur. Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əməkhaqqı məbləği ilə müqayisə edilir. Nəticədə alınan məbləğ işçinin sonuncu əməkhaqqından çox olduqda da məzuniyyət haqqı kimi işçiyə ödənilir, az olduqda isə işçinin sonuncu əməkhaqqına çatdırılaraq ona ödənilir".
10:02 / 13 Noyabr 2026
1
09:51 / 13 Noyabr 2026
44
09:46 / 13 Noyabr 2026
242
09:44 / 13 Noyabr 2026
51
09:38 / 13 Noyabr 2026
65
09:34 / 13 Noyabr 2026
95
09:33 / 13 Noyabr 2026
57
09:31 / 13 Noyabr 2026
60
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
793
01:42 / 13 Noyabr 2026
40
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1663
23:51 / 12 Noyabr 2026
213
23:40 / 12 Noyabr 2026
270
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1088
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.