19 mayda bizi nələr gözləyir? - ULDUZ FALI
18 May 2026, 18:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
516
16.03.2026, 11:54
Kərki - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Kərkinin özünəməxsus Novruz adətlərindən bəhs edəcəm.
Maraqlı adətlərdən biri – kəndlilər ağaclara qırmızı lent bağlayırmışlar, bu bol ruzinin olacağına inamdır. Hamıya təzə paltar alınar, evlər təmizlənər, “Sarıqaya”nın altındakı bulaqda paltar və çayda xalça yuyarmışlar. Həm müqəddəs yer sayılan Telli Tejgarda, həm də hər kəs öz həyətində tonqallar qalayırmışlar.
Əsasən uşaqlar ağacın budağına pambıq bükərək lopa düzəldirmişlər. Bu lopaya şam da deyirmişlər. Bütün kənd gecə məscidə ziyarətə gedəndə bu lopaları da məscidə yandırıb taxardı. Nişanlı qızlara xonça aparardılar. Kənddə hamı bayramçalığa gedər, bir-birinə hədiyyə alardı. Qapı pusmaq adəti də var idi. İlaxır çərşənbədə isə səhər üzü kənddən keçən çaya hamı gedərək niyyət edər, oradan su gətirib evə səpirdi. Bayramda isə camaat bir-birini suluyardı, kimisə aldadıb evdən çıxararaq damdan başına su tökərdilər. Hamı dünyasını dəyişmiş əzizlərinin adına halva bişirirdi, həmin gün kişilər qəbirüstünə ziyarətə gedirdi, qadınlar isə başqa gün gedirdi və orada bir-birinə adətə uyğun olaraq gətirdiyi şirnilərdən pay verirdi. Kimin evində hüzür varsa, ilk olaraq həmin ev ziyarət olunub bayram hazırlığı edilirdi.
Bütün evlərdə bayramda ləzzətli yeməklərlə gözəl süfrə açılardı. Naxçıvanın özünə məxsus olan “ Çöçə” və “Qovurma” bişirilərdi. İrəvan kətəsi, paxlava, şəkərbura, qoğal və digər şirniyyatlar hazırlanırdı. Təndirə Fətir və Çıppa yapılardı, Fətirin balacasına Qliy deyilirdi, uşaqlar üçün bişirilirdi. Səməni təkcə buğdadan yox, qarğıdalıdan da cücərdilirdi. Uşaqlar üçün sacda qarğıdalı, noxud, buğdadan və s. qovurğa hazırlanırdı. Yumurtanı soğan qabığını qaynadaraq boyayardılar və döyüşdürərdilər, qalib gələn bütün yumurtaları götürərdi. Bayram payı yığmaq üçün uşaqlar qapılara papaq deyil, yaylıq atırdı. Evlərdə “Əyirdək” adlı şirniyyat hazırlanırdı. Hinduşqa sovuzu, kələm və yarpaq dolması, digər bölgələrdən fərqli olaraq Aşqara noxud ləpəsiylə və Şorbulaq ətrafından yığılan unluca, xatınbarmağı, yarpızdan qatıq aşı və noxudlu aş bişirilirdi. Hamı öz bişirdiyindən bir-birinə pay aparırdı. Cöngə kəsilirdi, hər kəs mütləq kəsilən cöngənin ətindən almalı idi.
Bu maraqlı və fərqli adətlər Novruz bayramının özündə daşıdığı tarixilikdən xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azadqızı
18:12 / 18 May 2026
1
18:03 / 18 May 2026
116
18:02 / 18 May 2026
37
18:00 / 18 May 2026
34
17:53 / 18 May 2026
74
17:49 / 18 May 2026
46
17:44 / 18 May 2026
44
17:28 / 18 May 2026
163
17:25 / 18 May 2026
52
17:11 / 18 May 2026
1652
17:05 / 18 May 2026
59
17:03 / 18 May 2026
391
17:01 / 18 May 2026
55
16:55 / 18 May 2026
68
16:52 / 18 May 2026
123
16:45 / 18 May 2026
363
16:41 / 18 May 2026
57
16:38 / 18 May 2026
62
16:35 / 18 May 2026
73
16:00 / 18 May 2026
83
15:42 / 18 May 2026
94
15:30 / 18 May 2026
194
15:18 / 18 May 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.