Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Aprel 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
755
16.03.2026, 11:16
2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələri üçün 25 adda dərslik hazırlanıb.Hesabata görə, 24 adda dərsliyin isə hazırlıq işlər davam etdirilir.
Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Oxu24.com-a bildirib ki, 2025-2026-cı tədris ili ərəfəsində Elm və Təhsil Nazirliyinin (ETN) 25 adda yeni dərslik təqdim etməsi və daha 24 dərslik üzərində işlərin davam etməsi xəbəri cəmiyyətdə birmənalı qarşılanmır. Rəsmi rəqəmlər dinamikadan xəbər versə də, bu yeniliklərin şagirdlərin taleyində və təhsilin gələcəyində hansı izi qoyacağı ciddi sual doğurur.
-Yeni dərsliklərin sayının artması şagirdlərin dərs yükünün çoxalmasına səbəb ola bilərmi?
-Dərsliklərin sayının artması çox vaxt yanlış olaraq islahatın uğuru kimi təqdim edilir. Lakin məsələnin mahiyyəti kəmiyyətdə deyil, şagirdin o dərsliyi necə mənimsəməsindədir. Əgər hər yeni dərslik əlavə informasiya yığını, ağır elmi terminologiya və süni şəkildə mürəkkəbləşdirilmiş proqram deməkdirsə, bu, uşaqların çiyinindəki mənəvi və fiziki yükü qaçılmaz olaraq artırır. Biz uşaqlarımızı ensiklopedik məlumat bazasına çevirməyə çalışmamalıyıq. Əsas hədəf dərsliklərin sayını artırmaq deyil, onların məzmununu yüngülləşdirib keyfiyyətini yüksəltmək olmalıdır ki, məktəblilər informasiya yükünün altında əzilməsinlər. Əks halda, bu "çoxalma" təhsildə tərəqqiyə deyil, sadəcə şagirdin bezginliyinə və dərslərdən soyumasına xidmət edəcəkdir.
-Dərsliklərin hazırlanması zamanı müəllimlərin və ya ekspertlərin rəyləri nə dərəcədə nəzərə alınır?
-Təcrübə göstərir ki, dərsliklərin hazırlanması prosesində müəllim və ekspert rəylərinin nəzərə alınması çox vaxt formal xarakter daşıyır. Dərslik masa arxasında deyil, sinif otağında, müəllimlə şagirdin canlı ünsiyyətində formalaşmalıdır. Təəssüf ki, real təcrübəsi olan pedaqoqların, ömrünü bu sahəyə vermiş peşəkar mütəxəssislərin iradları çox vaxt nazirliyin bürokratik aparatının və müəyyən maraq qruplarının süzgəcindən keçə bilmir. Nəticədə, ictimai müzakirəyə çıxarılan layihələr son nəşrdə yenə də həmin qüsurlarla çap olunur. Müəllim rəyi dərslik siyasətinin "bəzəyi" yox, onun əsas sütunu olmalıdır. Ekspert rəyi filtrindən keçməyən dərslik, xəritəsiz çıxılan yola bənzəyir; mənzil başına çatmaq olar, amma bu, yalnız vaxt itkisi və ciddi səhvlər hesabına başa gəlir.
Həmçinin oxuyun
-Ümumilikdə dərslik siyasətində hansı dəyişikliklərə ehtiyac görürsünüz?
-Dərslik siyasətində köklü və tənqidi dəyişikliklərə ehtiyac artıq qaçılmazdır. İlk növbədə, bu sahəni ağuşuna almış "layihəbazlıq" və mənasız qrant xəstəliyindən qurtulmaq lazımdır. Son 7-8 ilin mənzərəsi göstərir ki, ETN funksionerləri milli təhsil sistemini xarici qrantların və reallıqdan uzaq pilot layihələrin sınaq poliqonuna çeviriblər. Dövlət büdcəsindən ayrılan vəsaitlərin kağız üzərində qalan, mahiyyəti olmayan layihələrə sərf olunması təhsilimizə ziyandan başqa bir şey gətirmir.
Dərslik yazmaq imtiyazı nazirliyə yaxın dar çevrələrə deyil, həqiqi peşəkarlara verilməlidir. Bundan əlavə, ciddi bir məsuliyyət mexanizmi yaradılmalıdır. İllərdir dərsliklərdəki elmi, texniki və dil qüsurlarına görə heç kim real cavabdehlik daşımır. Dərslik siyasəti şəffaf olmalı, daxili və xarici qrantların "mənimsənilmə" vasitəsinə çevrilməsinə son qoyulmalıdır. Təhsil nazirliyinin indiyə qədər ortaya qoyduğu fəaliyyətsizlik və mənasız büdcə xərcləmələri göstərir ki, sistemdə idarəetmə və dərslik strategiyası tamamilə yenidən qurulmalı, milli təhlükəsizlik prioriteti kimi qəbul edilməlidir.
Çimnaz Telmanqızı
17:40 / 27 Aprel 2026
3
17:15 / 27 Aprel 2026
31
17:13 / 27 Aprel 2026
27
16:50 / 27 Aprel 2026
28
16:36 / 27 Aprel 2026
44
16:32 / 27 Aprel 2026
365
16:21 / 27 Aprel 2026
45
16:09 / 27 Aprel 2026
692
16:04 / 27 Aprel 2026
109
16:01 / 27 Aprel 2026
50
15:54 / 27 Aprel 2026
60
15:52 / 27 Aprel 2026
63
15:47 / 27 Aprel 2026
71
15:17 / 27 Aprel 2026
80
15:11 / 27 Aprel 2026
56
15:04 / 27 Aprel 2026
504
14:53 / 27 Aprel 2026
319
14:43 / 27 Aprel 2026
57
14:41 / 27 Aprel 2026
56
14:33 / 27 Aprel 2026
70
14:26 / 27 Aprel 2026
68
14:18 / 27 Aprel 2026
93
14:13 / 27 Aprel 2026
459
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.