Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
21863
16.03.2026, 10:23
İşsizliyə görə müavinəti kimlər və necə ala bilər?
Oxu24.com xəbər verir ki, Azərbaycanda işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə işsizliyə görə müavinət və sığorta ödənişləri tətbiq olunur.
İşini itirən və müəyyən şərtlərə cavab verən şəxslər dövlət tərəfindən maliyyə dəstəyi ala bilirlər. Bəs işsizliyə görə müavinəti kimlər ala bilər, bunun üçün hansı tələblər mövcuddur və müraciət prosesi necə həyata keçirilir?

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Oxu24.com-a bildirib ki, işsizlikdən sığorta haqqında qanun, məşğulluq haqqında qanun, Əmək Məclləsinə uyğun olaraq işsizliklə bağlı qanun mövcuddur:
“Müavinəti kimlər ala bilər? Məsələn, dövlət orqanı yaxud hüquqi şəxs ləğv edildikdə, Əmək Məclləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən, bir də Dövlət qulluğu haqqında qanunun müvafiq maddəsinə əsasən ixtisar olunan şəxslər və əmək müqaviləsinin müddəti başa çatanlar.
Əlavə olaraq, dövlət orqanlarında, bir də hüquqi şəxslərdə ştatlar ixtisar olunan hallarda.
Sonra belə hallar da var ki, məsələn üçün, hərbi xidmətdən qayıdan şəxsin yerində işləyən şəxs işdən azad edilir. O halda müəssisə mülkiyyətçisi dəyişdiyi halda şəxs işlə təmin oluna bilmirsə və s. hallarda, yəni onlar gedib müvafiq orqanda – Məşğulluq mərkəzlərində uçota işsiz kimi qeydiyyatdan keçməlidirlər və o zaman müavinət verilə bilər.
Müavinət dərhal verilmir. Onlara əgər layiqli iş təklif olunarsa, və onların məşğulluğu təmin olunarsa, bu halda verilmir. İki dəfə onlara iş təklif olunursa, imtina edirlərsə, bu halda da verilməyə bilər. Bu, qanunvericiliklə tənzimlənir. Qısaca, bu bir neçə qanunla tənzimlənən prosesdir”,-deyə Sahib Məmmədov bildirib.
Çimnaz Telmanqızı
01:04 / 10 İyun 2026
78
00:24 / 10 İyun 2026
103
00:01 / 10 İyun 2026
100
23:52 / 09 İyun 2026
122
23:36 / 09 İyun 2026
212
23:26 / 09 İyun 2026
109
23:23 / 09 İyun 2026
101
23:15 / 09 İyun 2026
103
23:09 / 09 İyun 2026
94
23:03 / 09 İyun 2026
141
22:59 / 09 İyun 2026
217
22:52 / 09 İyun 2026
360
22:41 / 09 İyun 2026
98
22:06 / 09 İyun 2026
98
21:47 / 09 İyun 2026
109
21:29 / 09 İyun 2026
145
21:23 / 09 İyun 2026
106
21:11 / 09 İyun 2026
141
21:01 / 09 İyun 2026
105
21:00 / 09 İyun 2026
108
20:40 / 09 İyun 2026
132
20:27 / 09 İyun 2026
127
20:10 / 09 İyun 2026
1073
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.