Əlillik pensiyaları ilə bağlı AÇIQLAMA
10 İyun 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
630
13.03.2026, 16:16
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib.
Kitabxananın Şuşa zalında təşkil olunan tədbirdə Azərbaycan ədəbiyyatı və elm ictimaiyyətinin nümayəndələri, oxucular, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində əvvəlcə yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə çıxış edən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Nərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev yazıçının zəngin yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və əsərlərində əks olunan humanizm, realizm və dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət və zamanın çağırışları bədii şəkildə olmaqla yanaşı axıcı dillə əksini tapır və bu xüsusiyyətlər onun əsərlərinə geniş oxucu marağı qazandırır. Bildirilib ki, müəllifin əsərləri uzun illərdir həm oxucuların, həm də ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən yubilyar Seyran Səxavət oxucularla görüşdən məmnunluğunu ifadə edərək yaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideya məzmunu və ədəbiyyatın cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb. Yazıçı, həmçinin oxucularla səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və yaradıcılıq planlarından danışıb.
Görüş çərçivəsində müəllifin müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi də təşkil olunub.
MEK əməkdaşı Pərvanə Bayramqızının moderatorluğu ilə keçirilən tədbirin sonunda iştirakçılar Seyran Səxavəti 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.
Nigar
11:21 / 10 İyun 2026
6
11:13 / 10 İyun 2026
27
11:06 / 10 İyun 2026
192
11:01 / 10 İyun 2026
48
10:53 / 10 İyun 2026
46
10:50 / 10 İyun 2026
79
10:34 / 10 İyun 2026
77
10:32 / 10 İyun 2026
59
10:30 / 10 İyun 2026
69
10:24 / 10 İyun 2026
86
10:18 / 10 İyun 2026
63
10:16 / 10 İyun 2026
59
10:08 / 10 İyun 2026
682
10:02 / 10 İyun 2026
109
09:58 / 10 İyun 2026
107
09:45 / 10 İyun 2026
60
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
63
09:40 / 10 İyun 2026
202
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
323
00:24 / 10 İyun 2026
398
00:01 / 10 İyun 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.