COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1552
13.03.2026, 15:52
Paytaxtdakı universitetlərin köçürüləcəyi bildirilir. Bu, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsində öz əksini tapacaq. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, bu məsələ barədə hazırda müzakirə mərhələsində olan Strategiya layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintis məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Prezidentin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.
Bəs, bu addım perspektivdə paytaxtın boşalması və tıxacların da azalmasına şərait yarada bilərmi?
Mövzu barədə fikirlərini Oxu24.com-la bölüşən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, universitetlərin bölgələrə köçürülməsi uzunmüddətli perspektivdə şəhərin nəqliyyat vəziyyətinə müəyyən müsbət təsirlər göstərə bilər:
“Burada bir neçə nüanslar var. Bakı şəhərində hər gün universitetlərə gedib-gələn minlərlə tələbə və işçi avtomobil və ictimai nəqliyyatdan istifadə edir. Universitetlərin müəyyən hissəsinin bölgələrə köçürülməsi nəticəsində bu axınlar paytaxtın mərkəzi və sıx nəqliyyat zonalarından azalacaq. Nəticədə, xüsusilə, səhər və axşam saatlarında tıxacların bir qədər yumşalması ehtimalı yüksəkdir.
Universitet kampuslarının mərkəzdən çıxarılması ilə ətrafdakı infrastruktur – kafe, kitabxana, kirayə mənzil bazarı da müəyyən dəyişikliklər yaşayacaq. Bu, şəhərin bəzi mərkəzi küçələrində sıxlığın azalmasına şərait yarada bilər və həmçinin ictimai nəqliyyatın yükünü balanslaşdırmağa kömək edə bilər”.
Ekspertin fikrincə, universitetlərin bölgələrə köçürülməsi yalnız Bakıdakı sıxlığı azaldmaqla kifayətlənmir, həm də digər şəhərlərdə və bölgələrdə təhsil və sosial-iqtisadi fəaliyyətin artmasına imkan yaradır:
“Bu, tələbələrin bölgələrdə qalmasını stimullaşdıraraq həm də uzunmüddətli olaraq daxili miqrasiyanı nizamlayır. Ümumiyyətlə, bu addım tıxacların müəyyən dərəcədə azalmasına və paytaxtın mərkəzinin sıxlığının yumşalmasına şərait yarada bilər. Amma bunun tam effektini görmək üçün təkcə köçürülmə kifayət deyil, regionlarda kampusların əhatəli inkişafı, yol və ictimai nəqliyyat infrastrukturu, həmçinin şəhərdə tənzimləyici tədbirlər də vacibdir”.
Yeganə
11:12 / 13 Noyabr 2026
8
11:00 / 13 Noyabr 2026
31
10:50 / 13 Noyabr 2026
45
10:45 / 13 Noyabr 2026
47
10:39 / 13 Noyabr 2026
56
10:25 / 13 Noyabr 2026
78
10:22 / 13 Noyabr 2026
91
10:20 / 13 Noyabr 2026
67
10:08 / 13 Noyabr 2026
258
10:02 / 13 Noyabr 2026
73
09:51 / 13 Noyabr 2026
135
09:46 / 13 Noyabr 2026
903
09:44 / 13 Noyabr 2026
124
09:38 / 13 Noyabr 2026
99
09:34 / 13 Noyabr 2026
140
09:33 / 13 Noyabr 2026
81
09:31 / 13 Noyabr 2026
92
01:52 / 13 Noyabr 2026
297
01:49 / 13 Noyabr 2026
859
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.