Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
852
13.03.2026, 14:38
Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə deyidirdi ki, istedad elə bir hissdir ki, onun qarşısını heç bir maneə ala bilməz. Yaradıcı, istedadlı insan harada olmasından, hansı vəzifə tutmasından asılı olamayaraq öz missiyasını yerinə yetirəcək. Onun başqa bir gözəl fikri də var idi. Deyirdi istedadlı insanlara yol açıb, şərait yaratmaq lazımdır. İstedadsızlar onsuz da hər şeyə nail olacaqlar.
Müxtəlif peşə sahibləri var ki, onlar Azərbaycan ədəbiyyatında yadda qalan nümunələr yaradıblar.
Onlardan biri də Sabir Abdindir.
Oxu24.com xəbər verir ki,Sabir 1963-cü il yanvar ayının 16-da Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.
Uzun illər prokurorluq orqanlarında çalışıb. Yardımlı, Kürdəmir, Sabirabad rayonlarında prokuror köməkçisi, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş Prokurorluq Aparatında müxtəlif idarələrində böyük prokuror və bu kimi digər məsul vəzifələri icra edib. Baş Ədliyyə müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Sabir Abdin uzun illərdir bədii yaradıcılıqla məşğul olur. Onun ilk şeiri 1978-ci ildə Yardımlıda çıxan “Yeni kənd” qəzetində dərc olunub. Sonralar müxtəlif nəşriyyatlarda “Demə mənə, heç nə demə” (“Bayatı” - 1997), “Qınamasın bu yurd məni” (“Bayatı” – 1998), “Mənə dəniz verin” (“Azərbaycan Milli Ensiklopediyası” – 2002), “Sənə məktublarım” (“Açıq dünya” – 2007), “Sizssiz sizinlə” (“Vektor” – 2010), “Adını sən seç” (“Yazıçı” – 2016) şeirlər kitabları kütləvi tirajlarla nəşr edilib. Onun 100-dən artıq şeirinə Azərbaycanın tanınmış bəstəkarları Cavanşir Quliyev, Nadir Əzimov, Vüsal Qurbanov, Vüqar Camalzadə, Əli Baxış, Rauf Məmmədov, Sahil Əliyev və digərləri tərəfindən mahnılar yazılıb. Sabir Abdinin sözlərinə yazılmış mahnılar “Mənə dəniz verin…”, “Yağış istədim”,, “Bağışla”, “Gəlmədin”, “Xəbərin yox”, “Bilirəm, getmisən”, “Yarpaq yağışı”, “Sən mənə kimisə xatırladırsan”, “Bir gün”, “Səndən sonra”, “Gözlə məni”, “Sənin olsun”, Azərbaycanın xalq artistləri İlhamə Quliyeva, Eyyub Yaqubov, Zaur Rzayev, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, , əməkdar artist Mətanət İsgəndərli, tanınmış müğənnilər Bahar Lətif qızı, Damla, Asif Məhərrəmov, Səidə Dadaşova, Qədir Qızılsəs, Ləman Əzimova və başqaları tərəfindən sevilərək ifa olunur və dillər əzbəridir.
Müşərrəfxanım
01:04 / 10 İyun 2026
147
00:24 / 10 İyun 2026
179
00:01 / 10 İyun 2026
130
23:52 / 09 İyun 2026
156
23:36 / 09 İyun 2026
264
23:26 / 09 İyun 2026
135
23:23 / 09 İyun 2026
131
23:15 / 09 İyun 2026
128
23:09 / 09 İyun 2026
112
23:03 / 09 İyun 2026
177
22:59 / 09 İyun 2026
268
22:52 / 09 İyun 2026
489
22:41 / 09 İyun 2026
128
22:06 / 09 İyun 2026
130
21:47 / 09 İyun 2026
136
21:29 / 09 İyun 2026
166
21:23 / 09 İyun 2026
120
21:11 / 09 İyun 2026
159
21:01 / 09 İyun 2026
120
21:00 / 09 İyun 2026
126
20:40 / 09 İyun 2026
148
20:27 / 09 İyun 2026
142
20:10 / 09 İyun 2026
1382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.