Türkiyənin məşhur generalı Naxçıvanla bağlı bu SÖZLƏRİ DEDİ
11 Mart 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
90
11.03.2026, 18:59
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri vəzifəsinə yeni təyinat olub.
Oxu24.com xəbər verir ki, bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə iqtisad elmləri doktoru Bağış Əhmədov təyin edilib.
Qeyd edək ki, B.Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının üzvüdür.
Həmçinin oxuyun
O, əmək fəaliyyətinə 1998–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant kimi başlayıb. 2014–2019-cu illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2020–2025-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini vəzifəsində işləyib./yenisabah
Bağış Əhmədov elmi və pedaqoji fəaliyyətinə 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasında başlayıb və 2014-cü ilədək burada müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2004–2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. 2010–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi və texnoloji elmlər” kafedrasında dosent vəzifəsində çalışır. O, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir.
22:40 / 11 Mart 2026
7
22:35 / 11 Mart 2026
18
22:34 / 11 Mart 2026
7
22:32 / 11 Mart 2026
76
22:30 / 11 Mart 2026
23
22:25 / 11 Mart 2026
23
22:22 / 11 Mart 2026
27
22:14 / 11 Mart 2026
51
22:07 / 11 Mart 2026
37
22:05 / 11 Mart 2026
94
22:00 / 11 Mart 2026
40
21:53 / 11 Mart 2026
321
21:41 / 11 Mart 2026
64
21:33 / 11 Mart 2026
47
21:30 / 11 Mart 2026
37
21:29 / 11 Mart 2026
42
21:26 / 11 Mart 2026
46
21:12 / 11 Mart 2026
47
21:04 / 11 Mart 2026
121
20:50 / 11 Mart 2026
280
20:44 / 11 Mart 2026
52
20:43 / 11 Mart 2026
3900
20:39 / 11 Mart 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.