Naxçıvanda vergi ödəyicilərinin sayı 7 % artıb
13 Noyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1262
09.03.2026, 21:51
Son günlər sosial mediada meyxanaçı Rüfət Nasosnunun "Milyonların şousu" proqramında iştirakı geniş şəkildə yayılır,müzakirə olunur.
Meyxanaçı sözügedən şouya necə getməsi barədə Oxu24.com-a danışıb.
Siz yaxın zamanda "Milyonların şousu" proqramında iştirak etdiniz və 11-ci suala qədər irəlilədiniz. Bu təcrübə sizin üçün necə oldu? İstərdim bu barədə də təəssüratlarınızı bölüşəsiniz.
“Milyonçu" şousuna gəldikdə isə, deməli, bu proqrama qatılmaq üçün 2024-cü ildən anket doldurmuşam. Sonradan 2025-ci ilin əvvəlində mənə dəvət gəlib. Telefonda müəyyən problem olduğuna(sındığına görə) o dəvəti görməmişəm. Sonradan telefon düzəldikdə görmüşəm ki, dəvət gəlib və həmin dəvət olduğum gün telefon düzəldiyinə görə əlaqə saxlamışam, məni qəbul etməyiblər. Sonradan dəvətim olduğuna görə yayda bir dəfə də məni 2025-ci ilin yayında dəvət etdilər. Getdim imtahan verdim. Düzdür, nəticələri heç kimə demirlər, kim nə qədər nəticə toplayıb, sadəcə olaraq deyirlər ki, məsələn, ayın beşinə kimi, ikisinə kimi, on beşinə kimi cavab gəldisə keçmisiniz, gəlmədisə keçməmisiniz. Mənə cavab gəlmədi, amma mən zəng edib xahiş etdim ki, necə nəticə toplamışam, nəticəm necə olub? Dedilər ki, dörd suala da cavab versəydiniz, keçəcəkdiniz. Yəni yayda keçmədim.
Bu qış yenidən gedib, İçərişəhər Tarix-Diyarşünaslıq Muzeyində test kimi imtahan verdim. İmtahana hazırlaşmışdım deyə suallara cavab verə bildim, keçdim. Çağırdılar, getdik, “Baku Crystal Hall”da çəkilişlər oldu. Orada da mənə ayrı-seçkilik edilmədi, hamı kimi növbəmi gözlədim. Bir çəkiliş oldu, ikinci çəkilişdə məni dəvət etdilər, çəkildim.
Sonra verilişin vaxtı bitdi. İkinci veriliş də sonradan çəkildi və hamıya məlum olan uduşla oyunu tərk elədim. Tam obyektiv oyundur. Sadəcə olaraq, bəzi anlayışı olmayan adamlar elə bilirlər ki, şoudur. Mən onları həm qınayıram, həm qınamıram. Qınayıram ona görə ki, İctimai Kanal ciddi kanaldır. Sponsor da var - "Azərlotereya". Dövlət də ödəniş edir. Yəni orada indiyə qədər 100 mini qazanan heç kim olmayıb. Sonuncu dəfə 25 mini iki il bundan əvvəl bir həkim qazanmışdı. Məbləğ o qədər də yuxarı deyil, kanalın gücü çatacaq qədərdir",-deyə meyxanaçı bildirib.
Çimnaz Telmanqızı
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.