DYP: Yol-nəqliyyat hadisələrinin 41,1 %-ni piyadavurma təşkil edir
13 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2753
09.03.2026, 20:51
“İrana qarşı ABŞ və İsrail tərəfindən başladılan əməliyyatlar göstərdi ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalması yalnız COVID-19 səbəbi ilə bağlı deyil”.
Oxu24.com xəbər verir ki,bu fikri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı səsləndirib.
Onun sözlərinə görə, pandemiyadan sonra dünyanın əksər ölkələri sərhədlərini açsa da, Azərbaycanın bu qərarı qüvvədə saxlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Son hadisələr göstərdi ki, hökumətimizin biləcəyi nələrsə var imiş. Və bölgədə hər an müharibənin alovlanana biləcəyini ehtimal etdiklərindən bu təhlükəsizlik addımlarını atırdıq.
Siyasi şərhçi bildirib ki, quru sərhədlərin bağlı qalması ilk növbədə vətəndaşların xərclərinə təsir edir, həmçinin ölkəyə gələn turistlərin sayının azalmasına gətirib çıxarır. Bu vəziyyət xaricdə çalışan və biznes fəaliyyəti ilə məşğul olan şəxslərə, eləcə də müalicə üçün xaricə üz tutan insanlara əlavə maliyyə yükü yaradıb.
Cavanşir Abbaslı qeyd edib ki, Azərbaycanın yerləşdiyi regionun mürəkkəb təhlükəsizlik mühiti də bu qərarda mühüm rol oynayır. Onun sözlərinə görə, xüsusilə İranda milyonlarla azərbaycanlının yaşaması və mümkün qaçqın axını ehtimalı rəsmi Bakının ehtiyatlı davranmasına səbəb olub.
Şərhçi hesab edir ki, İrana qarşı başlanmış əməliyyatlar quru sərhədlərin bağlı qalma müddətini bir qədər də uzada bilər. Bununla belə, o vurğulayıb ki, proseslər sabitləşdikdən sonra sərhədlərin mərhələli şəkildə açılması gündəmə gələ bilər.
13:41 / 13 Noyabr 2026
1
13:20 / 13 Noyabr 2026
28
13:05 / 13 Noyabr 2026
71
12:57 / 13 Noyabr 2026
68
12:45 / 13 Noyabr 2026
93
12:32 / 13 Noyabr 2026
112
12:20 / 13 Noyabr 2026
83
12:17 / 13 Noyabr 2026
82
12:08 / 13 Noyabr 2026
518
11:55 / 13 Noyabr 2026
96
11:45 / 13 Noyabr 2026
165
11:40 / 13 Noyabr 2026
95
11:21 / 13 Noyabr 2026
304
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
185
11:00 / 13 Noyabr 2026
113
10:50 / 13 Noyabr 2026
98
10:45 / 13 Noyabr 2026
149
10:39 / 13 Noyabr 2026
122
10:25 / 13 Noyabr 2026
118
10:22 / 13 Noyabr 2026
256
10:20 / 13 Noyabr 2026
109
10:08 / 13 Noyabr 2026
503
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.