Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
608
05.03.2026, 17:56
İranın Azərbaycana qarşı atdığı xain addım ciddi müzakirə mövzusudur.Bu haqda media nümayəndələri nə düşünür?
“Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov Oxu24.com-a açıqlamasında bildirib ki, İranın Azərbaycana qarşı bu gün atdığı dron zərbələri Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdid və provokativ addım kimi qiymətləndirilməlidir.
O, əlavə edib ki, həm Azərbaycan dövləti, həm də ictimaiyyət bu addımı qətiyyətlə pisləyib və hadisəyə qarşı geniş ictimai qınaq formalaşıb.
Ə. Ağalarov qeyd edib ki, atılan dron zərbələri həm hava limanına, həm də məktəb yaxınlığına atılıb və bu, İranın məqsədinin kütləvi insan təlafatına yol açmaq olduğunu göstərir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi müharibənin ilk günlərindən operativ açıqlamalar verərək öz ərazilərindən qonşu ölkənin ərazisinə hər hansı təhdidin ola bilməyəcəyini bəyan edib və İranın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev İranın dini ali rəhbərinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Ə. Ağalarov vurğulayıb ki, Azərbaycan tərəfi beynəlxalq hüquq və qonşuluq prinsipləri çərçivəsində bütün addımları atıb, amma İran tərəfinin təxribatları davam edir. O, əlavə edib ki, İranın müdafiə etdiyi Ermənistanın ərazisində ABŞ bazaları və digər hərbi obyektlər olmasına baxmayaraq, İranın bu təxribatı məhz Azərbaycana qarşı həyata keçirməsi diqqət çəkir.
Son olaraq, Ə. Ağalarov qeyd edib ki, Azərbaycan dövləti güclüdür, sərhədlərini və suveren ərazilərini qorumaq imkanına malikdir və hər hansı təxribatın cavabı ən sərt formada veriləcək.
Turan
00:05 / 25 May 2026
94
00:01 / 25 May 2026
198
00:01 / 25 May 2026
160
23:58 / 24 May 2026
141
23:36 / 24 May 2026
334
23:32 / 24 May 2026
337
23:23 / 24 May 2026
163
23:13 / 24 May 2026
200
23:13 / 24 May 2026
453
23:03 / 24 May 2026
219
22:43 / 24 May 2026
81
22:18 / 24 May 2026
95
22:04 / 24 May 2026
349
21:40 / 24 May 2026
171
21:39 / 24 May 2026
923
21:30 / 24 May 2026
165
20:41 / 24 May 2026
127
20:19 / 24 May 2026
116
20:11 / 24 May 2026
97
19:39 / 24 May 2026
213
19:09 / 24 May 2026
403
18:55 / 24 May 2026
222
18:37 / 24 May 2026
425
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.