Rza Talıbovun yeni görüntüləri YAYILDI — Məşhur sənətçi ilə (FOTO)
11 May 2026, 14:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
644
05.03.2026, 14:50
İranın dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
"İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər", nazirlikdən bildirilib.
14:23 / 11 May 2026
8
14:11 / 11 May 2026
77
14:08 / 11 May 2026
41
13:42 / 11 May 2026
44
13:30 / 11 May 2026
63
13:25 / 11 May 2026
103
13:14 / 11 May 2026
46
12:50 / 11 May 2026
466
12:46 / 11 May 2026
51
12:37 / 11 May 2026
53
12:36 / 11 May 2026
55
12:18 / 11 May 2026
86
12:11 / 11 May 2026
6881
12:07 / 11 May 2026
66
12:01 / 11 May 2026
125
11:53 / 11 May 2026
57
11:43 / 11 May 2026
2138
11:18 / 11 May 2026
62
11:07 / 11 May 2026
309
11:05 / 11 May 2026
73
10:59 / 11 May 2026
723
10:53 / 11 May 2026
69
10:46 / 11 May 2026
611
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.