Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
742
03.03.2026, 15:14
Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin Üçüncü Dünya Müharibəsi ilə bağlı səsləndirdiyi fikirlərə Milli Məclisin deputatı Hikmət Babaoğlu münasibət bildirib.
Millət vəkili Oxu24.com – a açıqlamasında qeyd edib ki, Dimitri Medvedevin, ABŞ-ın İranla müharibəsi kontekstində üçüncü dünya müharibəsinin başlanması ehtimalını ifadə etməsi hər şeydən öncə dünya müharibəsinin anlayışını kimin, necə qəbul etməsi kontekstində qiymətləndirilməlidir.
"Yəni, klassik mənada Yaxın Şərq özü-özlüyündə üçüncü dünya müharibəsinin başlanması üçün çox dar bir regiondur. Ona görə də bu, ehtimal mümkün deyil.Çünki bizim bildiyimiz klassik dünya müharibəsi dedikdə, dünya siyasətini təyin edən güc mərkəzlərinin böyük əksəriyyətinin iştirakı ilə başlayan müharibə deməkdir. Yaxın Şərqdə dünya müharibəsini aparmalı olan güclər sadəcə yoxdur. Bu məsələnin bir tərəfi. İkinci tərəfi ondan ibarətdir ki, müharibə gedən tərəflər arasında coğrafiya çox böyükdür. Bu da üçüncü dünya müharibəsinin başlanmasını istisna edir. Yəni, dünya müharibəsinin başlanması həm konvensional müharibə deməkdir, həm də müasir mərhələdə kosmik müharibə deməkdir. Bunların ikisini bir yerdə, yəni ABŞ-İran münasibətlərində ikisini bir yerdə görmək mümkün deyil. Hərbi-texniki baxımdan nəzər saldıqda fərq ortaya çıxır. Ona görə də, bu ehtimal azdır və faktiki olaraq artıq, müharibə dördüncü gündür davam edir. Dünya müharibəsinin başlanması üçün heç bir əlamət yoxdur. Mənə elə gəlir ki, hətta region ölkələrin bu müharibəyə aktiv müdaxilə etməmələri də dünya müharibəsi ehtimalını azaldır. Yəni, bütün parametrlərlə diqqət etsək, görəcəyik ki, bu çox az ehtimal olunan bir ideyadır. Sadəcə, Medvedevin bu fikirlərində, Amerika Birləşmiş Ştatlarını müharibə etməkdən çəkindirmək manipulyasiyası dayanır. Amma mənə elə gəlir ki, bu da bir qədər sadəlövh yanaşmadır. Amerika Birləşmiş Ştatları belə manipulyativ mesajları ciddiyə alacaq qədər sadəlövh bir dövlət deyil”,-deyə deputat qeyd edib.
Ülkər Rəhmanqızı
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.