Milli Məclis mühüm məsələləri müzakirə edəcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
868
03.03.2026, 13:20
Azərbaycanda müxtəlif sahələrdə fəaliyyəti ilə seçilən və ictimai nüfuzu ilə diqqət çəkən xanımlar mühüm yer tuturlar.
Siyasi, mədəni, hüquqi və ictimai platformalarda aktivliyi ilə seçilən bu qadınlar hazırda öz sahələrində ən çox müzakirə olunan simalar hesab olunurlar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkədə ən nüfuzlu siyasətçi xanımdır.O,istər ölkə daxilində,istərsə də beynəlxalq məkanda ən çox nüfuza malik və aktiv siyasi fəaliyyəti ilə seçilir.Azərbaycanın birinci xanımı böyük uğurları ilə müxtəlif sahələrdə çalışan xanımlara güclü stimul verir.
Oxu24.com müxtəlif sahələrdə uğur qazanmış xanımların siyahısını təqdim edir:
Aparıcı: Vüsalə Əlizadə – Televiziya məkanında uzun illərdir fəaliyyəti ilə seçilir və geniş tamaşaçı auditoriyasına malikdir.
Müğənni: Aygün Kazımova – Azərbaycan estradasının primadonnası kimi tanınır və səhnə fəaliyyəti ilə daim gündəmdə qalır.
Deputat: Sahibə Qafarova – Milli Məclisin sədri kimi ölkənin siyasi həyatında mühüm rol oynayır.
Vəkil: Esmira Rzayeva – Hüquq sahəsində fəaliyyəti və ictimai çıxışları ilə tanınır.
Yazıçı: Afaq Maqsud – Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biridir.
Rektor: Gülçöhrə Məmmədova – Ali təhsil sahəsində uzunmüddətli idarəçilik təcrübəsi ilə seçilir.
Müşavir: Jalə Əhmədova – Dövlət idarəçiliyi sahəsində fəaliyyəti ilə tanınır.
Diplomat: Leyla Abdullayeva – Xarici siyasət platformasında ölkəni təmsil edən tanınmış diplomatlardandır.
General: Sevda Şirinova – Hüquq-mühafizə orqanlarında yüksək rütbəli qadın zabitlərdən biri kimi tanınır.
Ombudsman: Səbinə Əliyeva – İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir.
Komitə sədri: Bahar Muradova – Ailə, qadın və uşaq məsələləri istiqamətində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.
Dövlət qurumu rəhbəri: Məleykə Abbaszadə – Dövlət İmtahan Mərkəzinin rəhbəri kimi təhsil və qiymətləndirmə sahəsində aparıcı fiqurdur.
PA-nın şöbə müdiri: Fərəh Əliyeva – Humanitar siyasət və mədəniyyət istiqamətində həyata keçirilən layihələrin koordinasiyasında mühüm rol oynayır.
Qeyd edək ki, siyahı ictimai nüfuz, media aktivliyi və cəmiyyət tərəfindən tanınma səviyyəsi nəzərə alınaraq hazırlanıb.
Oxu24.com olaraq, müxtəlif sahələrdə uğur qazanan xanımların fəaliyyətini diqqətdə saxlamağa davam edəcəyik.
Hazırladı: Nərmin Balacayeva
17:30 / 13 Noyabr 2026
23
17:18 / 13 Noyabr 2026
30
17:13 / 13 Noyabr 2026
53
17:07 / 13 Noyabr 2026
57
16:59 / 13 Noyabr 2026
64
16:51 / 13 Noyabr 2026
81
16:37 / 13 Noyabr 2026
109
16:29 / 13 Noyabr 2026
85
16:08 / 13 Noyabr 2026
203
16:00 / 13 Noyabr 2026
94
15:42 / 13 Noyabr 2026
325
15:37 / 13 Noyabr 2026
99
15:30 / 13 Noyabr 2026
100
15:01 / 13 Noyabr 2026
107
14:59 / 13 Noyabr 2026
233
14:50 / 13 Noyabr 2026
126
14:46 / 13 Noyabr 2026
110
14:33 / 13 Noyabr 2026
125
14:24 / 13 Noyabr 2026
605
14:17 / 13 Noyabr 2026
494
14:12 / 13 Noyabr 2026
120
14:05 / 13 Noyabr 2026
222
14:00 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.