Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
12713
03.03.2026, 08:00
Mən daha öncə demişdim ki, İranın dini lideri Əli Xameneiyə kənardan təhlükə görmürəm. Təhlükənin ona öz xalqından gələcəyini də vurğulamışdım. Çox təəssüf ki, bu, belə də oldu.
Oxu24.com xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev İranla bağlı bir ay öncəki proqnozları haqda danışarkən deyib.
“Bütün rəsmi məlumatlarda bildirilir ki, ABŞ kəşfiyyatı ölkədaxili agentlərdən Xameneinin harada, nə zaman və hansı tədbirlərdə olacağına dair məlumatlar əldə edib. Daha sonra da əldə edilən məlumatlar peyk vasitəsi ilə izlənilib. Nəticə isə göz qabağındadır.
ABŞ kəşfiyyatı məlumatı İranın daxilindən, yəni Xameneinin öz millətindən əldə edib və bu baxımdan proqnozumda yanılma yoxdur. Hətta dini liderin öz adamlarının onu satdığına dair açıqlamalar da var.
Xamenei öz əcəli ilə ölməyib. Sui-qəsd nəticəsində öldürülüb. Onun əvvəlcədən öldüyünə dair yayılan xəbərlər həqiqəti əks etdirmir”, - ekstrasens vurğulayıb.
Zirəddin Rzayev əlavə edib ki, İran hakimiyyətinin süqutu qaçılmazdır:
“2026-2027-ci illərdə İranın indiki hakimiyyətinin böyük ehtimalla devriləcəyini demişdim. Bu, yay və payız aylarına təsadüf etməlidir. Dediyim kimi, sentyabr ayı, o cümlədən "17" rəqəmi daha aktiv və tarixi önəmli rəqəmdir.
İranla bağlı irimiqyaslı hadisələrin baş verəcəyini, həmçinin başqa dövlətlərin bu savaşa daxil olacağını düşünmürəm. Bu gərginliklər fonunda İran hakimiyyətində qəfil dəyişikliklər olmayacaq. Əksinə hissə-hissə, bir mərhələdən başqa bir mərhələyə keçəcək. Beləliklə, iqtidar tədricən öz qüvvəsini itirəcək. Qısaca desək, süqut qaçılmazdır.
Bundan əlavə, İranda iqtisadi baxımdan böyük inkişaf olmasa da, indiki İranın gələcəyi qədim Pompey xalqının həyat tərzindən fərqlənməyəcək. Əxlaqi tənəzzül, kriminal, zəlzələlər də son beş ildə qaçılmazdır.
Fikrimcə, hazırda İran barama qurdunu xatırladır. Artıq ipək vermək vaxtı bitib və İran hakimiyyəti kəpənək olmaq dövrünü yaşayır”.
Ekstrasens saytımıza göndərdiyi fotoda gizli kəhanətin olduğunu da vurğulayıb. Ancaq kəhanət barədə əlavə heç bir təfərrüat verməyib.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.