2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti
13 Noyabr 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1641
27.02.2026, 15:11
Dövlət Statistika Komitəsi verir ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda 114,9 min ton avtomobil benzini istehsal edilib. Məlumatda deyilir ki, fevralın 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 65,7 min ton olub. Bir sözlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin istehsalı 7,3% azalıb.
Mövzu ilə bağlı Oxu24.com xəbər portalının suallarını Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli cavablandırıb.
İqtisadçı bildirib ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi-nin açıqladığı məlumata görə, benzin istehsalının 7,3% azalması ilk baxışdan mənfi tendensiya kimi görünə bilər. Amma bu azalmanın iqtisadiyyata hər hansı mənfi və ya müsbət təsiri olduğunu bilmək üçün proses mütəxəssislər tərəfindən dəyərləndirilməlidir.
İqtisadçı mühüm bir detalı diqqətə çəkərək bildirib ki, əgər azalma daxili tələbatın zəifləməsi ilə bağlıdırsa, bu, iqtisadi aktivliyin, xüsusilə nəqliyyat, logistika və istehlak sahələrində inkişafın yavaşlamasına işarə edə bilər.
"Bu halda yanacaq satışı, aksiz və digər vergi daxilolmaları azala bilər ki, bu da büdcə gəlirlərinə müəyyən təsir göstərər.
Digər tərəfdən, istehsalın azalması planlı təmir işləri, modernizasiya prosesi və ya xam neft emalı strukturunda dəyişikliklərlə bağlı ola bilər. Bu halda azalma müvəqqəti xarakter daşıyır və uzunmüddətli perspektivdə daha səmərəli istehsala keçid demək ola bilər. Anbarlarda 65,7 min ton hazır məhsul ehtiyatının qalması isə göstərir ki, bazarda kəskin qıtlıq riski yoxdur. Əgər daxili tələbat sabitdirsə və ehtiyatlar kifayət edirsə, istehsalın azalması qiymətlərə və bazar sabitliyinə ciddi təsir göstərməyə bilər. Yəni, bu azalmanın iqtisadiyyata zərərli olub-olmaması səbəbdən asılıdır. Əgər səbəb tələbin daralmasıdırsa, bu, müəyyən risk siqnalı sayılır. Yox, əgər bu azalma texniki və ya struktur xarakterlidirsə, o zaman ciddi mənfi nəticə doğurmaya da bilər”- deyə Akif Nəsirli vurğulayıb.
Əntiqə Rəşid
19:05 / 13 Noyabr 2026
1
18:59 / 13 Noyabr 2026
32
18:59 / 13 Noyabr 2026
60
18:50 / 13 Noyabr 2026
64
18:38 / 13 Noyabr 2026
74
18:31 / 13 Noyabr 2026
69
18:26 / 13 Noyabr 2026
71
18:15 / 13 Noyabr 2026
79
18:04 / 13 Noyabr 2026
275
17:59 / 13 Noyabr 2026
95
17:46 / 13 Noyabr 2026
98
17:30 / 13 Noyabr 2026
91
17:18 / 13 Noyabr 2026
87
17:13 / 13 Noyabr 2026
296
17:07 / 13 Noyabr 2026
99
16:59 / 13 Noyabr 2026
99
16:51 / 13 Noyabr 2026
111
16:37 / 13 Noyabr 2026
131
16:29 / 13 Noyabr 2026
105
16:08 / 13 Noyabr 2026
284
16:00 / 13 Noyabr 2026
116
15:42 / 13 Noyabr 2026
405
15:37 / 13 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.