Qaynar xətt:

(+99450) 247 90 86

Moskvadan AZAL təyyarəsi barədə AÇIQLAMA 

Moskvadan AZAL təyyarəsi barədə AÇIQLAMA 

CƏMİYYƏT

84

26.02.2026, 20:05

Moskva və Bakı arasında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı əldə olunmuş razılaşmalar ardıcıl şəkildə icra olunur.

 

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

Onun sözlərinə görə, məsələ ötən ilin 9 oktyabr tarixində Düşənbədə Rusiya və Azərbaycan prezidentləri arasında keçirilmiş görüşdə ətraflı müzakirə edilib.

 

Zaxarova qeyd edib ki, Rusiya tərəfi geniş izahatlar verib və əldə edilən razılaşmaların yerinə yetirilməsi istiqamətində iş davam etdirilir, bu barədə Azərbaycan tərəfi həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə mütəmadi məlumatlandırılır.

 

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov isə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında Azərbaycanın mövqeyinin prinsipial olduğunu vurğulayıb. Nazir bildirib ki, 2025-ci ilin oktyabrında Azərbaycan və Rusiya prezidentləri arasında keçirilmiş görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilən tədbirlər həyata keçirilməlidir. Onun sözlərinə görə, AZAL təyyarəsinin qəzaya uğraması Rusiya Müdafiə Nazirliyinin günahı ucbatından baş verib və Azərbaycan tərəfi faktla bağlı bütün zəruri tədbirlərin görülməsini, hüquqi qiymətin verilməsini və kompensasiyaların ödənilməsini gözləyir./modern.az