Diş implantının damağa ziyanı varmı?
24 Fevral 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
380
23.02.2026, 20:59
Yazıçı Orxan Saffari görkəmli sənətkar Rafael Dadaşov haqda “rolları, istedadı yox, yadımızda yaraşığı ilə qalan aktyorumuz” adlı məqalə yazıb. O həmin məqalədə Rafael Dadaşovun istedadının olmadığını, atası Məlik Dadaşovun kölgəsinə sığındığını, aktyorluğundan çox yaraşığı ilə xatirələrdə qaldığını iddia edib.
Xalq artisti Rafael Dadaşovun kimliyini oxucularımıza çatdırmaq üçün ən azı 150 il geri “addımladıq”.
Həmçinin oxuyun
Deməli,tarixçilər vurğulayır ki, 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində Tağı Məşədi Mahmud oğlu İsmayılov adlı bir uşaq doğulur.O uşağın atası Məşədi Mahmud İsmayıl oğlu Xorasan Ali Ruhani məktəbində təhsil almış, dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olub.O nəinki Naxçıvan elində, həm də Cənubi Azərbaycanda yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq edib. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun Avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq ona "Zaqraniçnı Mahmud" deyərmişlər.
Məşədi Mahmud zəmanəsinin ziyalısı olaraq kiçik yaşlı Tağını Çomaxtur kəndində olan molla məktəbinə deyil,qonşu Yengicə kəndində yenicə təşkil etdiyi "rus–tatar" ("rus-Azərbaycan") məktəbinə qoyur. Məktəb illərində savad və düşüncələri ilə seçilən Tağı burada inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçlə tanış olur. Bu tanışlıq onda yeni dünyagörüş formalaşdırır və həyatında ədalətsizliyə, mövcud quruluşun qəddarlığına qarşı mübarizə səhifəsi açır. Rusiyada mühəndis köməkcisi vəzifəsini qazanır və 1902-ci ildə Naxçıvan-İrəvan dəmir yolunun inşasında iştirak edir. Sonra 1918–1919-cu illərdə Şərur mahalına basqın edən daşnaklara qarşı döyüşçü dəstələrinin təşkilatçılarından olur.
Xok kəndi altında daşnak ordusuna son zərbənin endirilməsində göstərdiyi igitliyə görə "Türk çapı" adlanan silah və qəbzəsi qiymətli daşlarla bəzədilmiş gümüş xəncərlə təltif edilmişdi. Onun komandiri olduğu partizan dəstəsi 1920-ci il iyulun 28-də Dərələyəz dərəsindən Şərur mahalına hücum edən daşnak quldur dəstəsinə qarşı döyüşlərdə xüsusiilə fərqlənmiş və bu döyüşlərdə Tağı İsmayılov böyük qəhrəmanlıq nümunələri göstərmişdi.
1920–1922-ci illərdə Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor"un komandirlərindən olub.
İgidliyi, qorxmazlığı ilə Naxçıvandan kənarda da tanınan Tağı bəyin 4 övladı olur: Həsən, İbrahim, Əjdər və Humay.
Həsən də atası kimi elmi-təhsili üstün tutur. 1934–1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil alır. geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də alır. Dövrünün ziyalısı hesab edilən Həsən müəllim Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti Xədicə Qazıyeva ilə ailə həyatı qurur. Bu gənc ailənin bir qızı dünyaya gəlir.
Həsən İsmayılov 25 mart 1939-cu il tarixində taleyin amansız gərdişi onu doğma el-obasından ayırır o, SSRİ ilə Finlandiya arasındakı müharibəyə cəlb olunur.
Müharibəsində xüsusi qəhrəmanlıq və şücaət göstərir, şəxsi fədakarlığı ilə digərlərindən fərqlənir. Təəssüf ki, 2 mart 1940-cı il tarixində gənc döyüşçü Həsən İsmayılov qəhrəmancasına həlak olur.
Xədicə xanım qızı Sofiyanı tək böyüdür . Sofiya xanım da anasının yolu ilə gedir və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası olur. Eyni zamanda komik, psixoloji və dramatik rolların məharətli ifaçısı olan Azərbaycanın xalq artisti "Şöhrət" ordeni ilə də təltif edilir.
Gənc və gözəl aktrisa öz həmkarı Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı Məlik Dadaşovla ailə qurur. Bu izdivacdan isə Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti Rafael Dadaşov dünyaya gəlir.
Dadaşovlar nəsli də Azərbaycanda kifayət qədər tanınmış bir nəsildir. Bəstəkar, ilk azərbaycan qadın tarzən Hökümə Nəcəfova aktyor Məlik Dadaşovun xalası idi. Rafael Dadaşovun əmisi Salman Dadaşov əvvəllər rejissor və aktyor kimi çalışıb. Bəzi filmlərdə çəkilib. "Onun böyük ürəyi" filmində Oqtay rolunu ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub.
R. Dadaşovun diğər əmisi Süleymanın övladlarını Azərbaycanda tanımayan yoxdur. Azərbaycanın xalq artisti Brilliant Dadaşova və bacıları da xüsusi istedadlarına görə hər zaman diqqət mərkəzində olublar.
Yəni, Orxan Səffari kimi gənc yazarlara bu araşdırmamızla demək istəyirik ki, əgər nəslin nümayəndəsini hədəf alıb, onu tənqid etmək istəyirsənsə ilk öncə o nəsli araşdır bir, o nəslin nümayəndəsi olan o ictimai şəxs haqqında geniş məlumat topla sonra yazı yazmağa həvəslən!
Qeyd edək ki, yazıçının bu fikirləri gərginliyə səbəb olub:”Rafael Dadaşov özü də aktyor olmaq istəmirdi, sevmirdi bu işi. Bir növ, Azərbaycan kinosunda təsadüfi adam idi. Onun filmə az çəkilməsinin əsas səbəbi də istedad çatışmazlığı olub. Az -çox səhnə performansı olsa da, kino fakturası yox idi. Çalışırdılar ki, çox ciddi rolları da ona verməsinlər. Arzusunda olduğu “Hamlet” rolu kimi. Yəni bəzi şeylər var, onlar yaraşıqla filan da düzələn iş deyil.
Rafael Dadaşovun heç vaxt ciddi rolları, daha dəqiq, ciddi performansı olmayıb. Viziual görüntünü kənara qoyanda görürsən ki, ondan geriyə heç nə qalmır və əslində, çox da böyük istedad tələb etməyən bir performansı var. İstənilən ortabab aktyorun performansları da eyni cür olur onsuz.
Onun bir neçə roluna baxanda müşahidə etmək olur ki, bu aktyor hər zaman özü özünü təkrarlayıb. Obrazlı desək, məsələn, rollarında emosiyanı yaşamaq yerinə, onu nümayiş etdirməyi seçib. Buna da istedad yox, viziual görüntü səbəb olub”.
Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova atasının ünvanına tənqidi ifadələr işlədən Orxan Saffarinin sənətkarın ailəsindən üzr istəməsini tələb edib.
Əntiqə Rəşid
15:54 / 24 Fevral 2026
2
15:52 / 24 Fevral 2026
23
15:40 / 24 Fevral 2026
137
15:36 / 24 Fevral 2026
28
15:05 / 24 Fevral 2026
43
14:52 / 24 Fevral 2026
67
14:40 / 24 Fevral 2026
50
14:28 / 24 Fevral 2026
47
14:08 / 24 Fevral 2026
772
14:02 / 24 Fevral 2026
52
14:02 / 24 Fevral 2026
208
13:48 / 24 Fevral 2026
257
13:43 / 24 Fevral 2026
58
13:07 / 24 Fevral 2026
234
12:52 / 24 Fevral 2026
814
12:42 / 24 Fevral 2026
66
12:38 / 24 Fevral 2026
596
12:35 / 24 Fevral 2026
95
12:32 / 24 Fevral 2026
76
12:26 / 24 Fevral 2026
58
12:13 / 24 Fevral 2026
241
12:10 / 24 Fevral 2026
165
12:03 / 24 Fevral 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.