Tarixi binanı korlayanlardan biri yüksək vəzifəli şəxsin qızı imiş — Adlar
03 Aprel 2026, 19:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
611
20.02.2026, 18:47
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov vəzifəsindən azad olunub. O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmri ilə Nazirliyin rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri təyin edilib.
Oxu24.com bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşım edib.
Ekspert bildirib ki, Yeni təyinat formal olaraq "şöbə müdiri" kimi səslənsə də, mahiyyət və səlahiyyət baxımından daha üstün statusa malikdir. Sözügedən struktur bölmə nazirliyin daxilində və strukturuna daxil olmayan tabeli qurumlarda rəqəmsal inkişaf və innovasiyalar üzrə siyasətin hazırlanması, koordinasiyası və icrasına cavabdeh olan strateji mərkəz rolunu oynayır:
"Bu şöbə rəqəmsal transformasiya, kibertəhlükəsizlik, internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin formalaşdırılmasında, eləcə də süni intellekt, data idarəçiliyi və oxşar istiqamətlərdə fəaliyyətin əlaqələndirilməsində iştirak edir.
Xatırladıram ki, bir neçə gün öncə Prezidentin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda keçirilən müşavirədə sektor üzrə vahid fəaliyyət planı təqdim olunmuşdu. Dövlət başçısının süni intellekt, data infrastrukturu və mərkəzləşdirilmiş vahid rəqəmsal idarəetmə ilə bağlı mesajları göstərdi ki, sektorda artıq yeni mərhələ başlayır.
Həmçinin oxuyun
Bu kontekstdə kadr dəyişikliyini sırf vəzifə dəyişikliyi kimi yox, daha çox koordinasiyanın gücləndirilməsi və mərkəzi idarəetmənin sərtləşdirilməsi addımı kimi qiymətləndirmək olar".
Osman Gündüzün sözlərinə görə, son illərdə İRİA-da məhz Rəşad Xalıqovun kurasiya etdiyi rəqəmsal hökumət və transformasiya istiqamətində, o cümlədən myGov ekosistemi çərçivəsində müəyyən görünən müsbət nəticələr əldə olunmuşdu. Eyni zamanda startap və innovasiya blokunda problemlərin qalması da sirr deyil:
"Bu baxımdan indiki təyinat əsas diqqətin rəqəmsal sektorun vahid arxitektura əsasında yenidən qurulmasına yönəldiyini göstərir.
Nazir Rəşad Nəbiyevin bu qərarını uğurlu hesab etmək olar. Düşünürəm ki bu təyinatın məntiqi də ondan ibarətdir ki, yeni çağırışlar fonunda koordinasiya və siyasət səviyyəsində daha güclü idarəetmə qurulsun.
Ümid etmək olar ki, bu təyinat rəqəmsal transformasiya və süni intellekt sahəsində daha sistemli dönüşə səbəb olacaq".musavat.com
19:56 / 03 Aprel 2026
75
19:44 / 03 Aprel 2026
60
19:32 / 03 Aprel 2026
118
19:23 / 03 Aprel 2026
93
19:10 / 03 Aprel 2026
44
18:53 / 03 Aprel 2026
132
18:40 / 03 Aprel 2026
236
18:30 / 03 Aprel 2026
57
18:20 / 03 Aprel 2026
63
18:10 / 03 Aprel 2026
155
18:05 / 03 Aprel 2026
61
18:02 / 03 Aprel 2026
252
17:55 / 03 Aprel 2026
147
17:55 / 03 Aprel 2026
55
17:41 / 03 Aprel 2026
822
17:35 / 03 Aprel 2026
62
17:13 / 03 Aprel 2026
102
17:09 / 03 Aprel 2026
64
17:02 / 03 Aprel 2026
102
16:51 / 03 Aprel 2026
67
16:46 / 03 Aprel 2026
61
16:34 / 03 Aprel 2026
73
16:32 / 03 Aprel 2026
329
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.