"Hacıbala Abutalıbov reyd keçirdi, işçiləri yığıb apardılar" - AYB sədri
13 Noyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2701
20.02.2026, 10:19
Xəbər verdiyimiz kimi,hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sədrliyi ilə baş tutan iclasda müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.
Oxu24.com siyahıda adı olan 34 nəfərin kimliyi barədə məlumat əldə edib.
Qeyd edək ki,hakimlərin təyinatı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri çərçivəsində baş tutur.Namizədlər tələb olunan mərhələləri keçdikdən sonra təqdimat üçün siyahı Prezidentə təqdim olunur.
Hakimlik üçün uğur qazanmış 34 nəfərin arasında Camalov Əli Elmar oğlu da var.
Oxu24.com-un əldə etdiyi məlumata görə,Əli Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.
Elmar Camalov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ailəlidir, dörd övladı var.
Onun hakim olmaq istəyən oğlu Əli Camalov gənc vəkildir.Alman, İngilis, Rus dillərini bilir.
2013-2017 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (bakalavr),2017-2018 - Münhen Lüdviq Maksimillian Univeristeti, Almaniya (magistr, L.L.M.) bitirib.
Əli Camalov cinayət hüququ;kommersiya hüququ;müqavilələr hüququ;vergi hüququ;əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmış vəkil kimi fəaliyyət göstərir.
Miri Məcidli
23:17 / 13 Noyabr 2026
1
23:09 / 13 Noyabr 2026
31
23:05 / 13 Noyabr 2026
48
23:02 / 13 Noyabr 2026
56
22:53 / 13 Noyabr 2026
71
22:49 / 13 Noyabr 2026
68
22:41 / 13 Noyabr 2026
68
22:36 / 13 Noyabr 2026
78
22:18 / 13 Noyabr 2026
77
22:13 / 13 Noyabr 2026
81
22:03 / 13 Noyabr 2026
359
21:43 / 13 Noyabr 2026
777
21:36 / 13 Noyabr 2026
93
21:29 / 13 Noyabr 2026
119
21:24 / 13 Noyabr 2026
95
21:03 / 13 Noyabr 2026
102
20:58 / 13 Noyabr 2026
113
20:50 / 13 Noyabr 2026
1115
20:41 / 13 Noyabr 2026
141
20:37 / 13 Noyabr 2026
114
20:35 / 13 Noyabr 2026
100
20:20 / 13 Noyabr 2026
116
20:09 / 13 Noyabr 2026
367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.