Türkiyədən Azərbaycana gələn məşhur general KİMDİR?
11 Mart 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2961
19.02.2026, 10:30
Uzun illər əmək fəaliyyəti olmasına baxmayaraq, aşağı məbləğdə pensiya aldığını iddia edən şəxslərin sayı az deyil. Son illərdə bu sırada hətta keçmiş məhkəmə hakimlərini, yüksəkvəzifəli şəxsləri də görmək olur. Bəzən bunun əksi də olur, elə bu yaxınlarda sabiq sənaye-energetika naziri Məcid Kərimovun pensiyasının artıq hesablandığı, indi geri alınmalı olduğu üzə çıxdı. Belə məsələlər isə öz həllini əksər hallarda məhkəmə müstəvisində tapır.
Maraqlıdır, bəs yaşa görə pensiyaların məbləği necə hesablanır?
Oxu24.com-un məlumatına görə, qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi müəyyən edilir. Yəni, toplanmış pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur. Burada 144 ədədi gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
Pensiyanın təyin olunması üçün ilk növbədə şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır. İl tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanır. Göstərici sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
Məsələn, 2006-cı il tarixinədək 20 il 6 ay ümumi iş stajı olan şəxsin həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı (20,5x 306 manat) 6273 manat olaraq hesablanır. Bu göstərici qanunvericiliyə uyğun olaraq ötən müddət üzrə indeksləşdirilərək artırılır. Şəxsin 2006-cı il yanvarın 1-dən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alındığı halda bu məbləğ də həmin göstəriciyə əlavə edilir. Nəticədə cəmi pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur.
Qeyd edək ki, 2019-2025-ci illərdə şəxsə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək 25 il staj hesablanırdı. 2026-cı ildən etibarən isə hər il üçün bir il azaldılmaqla hesablanır. Yəni, 2026-cı ildə hesablanan staj 24 il, 2027-ci ildə 23 il olması nəzərdə tutulub.
Həmçinin oxuyun
Sözügedən şərtlə stajın hesablanması pensiya kapitalı ilə yanaşı, stajı da pensiyaya çıxmağa imkan verməyənlər üçün pensiya hüququ yaradır. Belə ki, qanunvericiliyə görə, pensiya yaşına çatmış şəxsin bu hüququndan yararlanması üçün minimum pensiya kapitalı (hazırda 46 080 manatdır) olmadığı halda, 25 il staj tələb olunur. Şəxsin faktiki stajı bu göstəricidən çox olduqda isə onun arzusuna əsasən, pensiya təyin edilərkən faktiki staj nəzərə alınır.
Keçmiş hakimlərin pensiya məbləğinə gəlincə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əmək pensiyasına əlavə təyin edilir. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərin isə maksimum pensiya məbləği (əlavə ilə birgə) onların bu vəzifədə aldıqları orta aylıq əməhaqqının 80 faizi qədər müəyyən olunur.
Qafqazinfo
20:50 / 11 Mart 2026
10
20:43 / 11 Mart 2026
31
20:39 / 11 Mart 2026
21
20:34 / 11 Mart 2026
41
20:29 / 11 Mart 2026
63
20:25 / 11 Mart 2026
36
20:15 / 11 Mart 2026
34
20:12 / 11 Mart 2026
46
20:07 / 11 Mart 2026
31
19:57 / 11 Mart 2026
41
19:43 / 11 Mart 2026
62
19:15 / 11 Mart 2026
857
19:12 / 11 Mart 2026
64
19:12 / 11 Mart 2026
60
19:03 / 11 Mart 2026
812
18:59 / 11 Mart 2026
66
18:52 / 11 Mart 2026
272
18:45 / 11 Mart 2026
230
18:29 / 11 Mart 2026
248
18:13 / 11 Mart 2026
179
18:04 / 11 Mart 2026
148
17:50 / 11 Mart 2026
76
17:49 / 11 Mart 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.