Koroğluda piyadanı vuran şəxs futbolçu imiş - FOTO
28 Aprel 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
548
18.02.2026, 14:39
Azərbaycanda dizayner Aleksandra Salamaxina və "Gavalı" şirkəti arasında məhkəmə dizaynerin işi udması ilə nəticələnib. Bundan əvvəl məlum olub ki, şirkət məhsullarının qablaşdırılmasında "Pinterest" saytında yerləşdirilmiş, Aleksandraya məxsus olan paylaşımdan icazəsiz istifadə edib.
Bakı Apellyasiya Məhkəməsi Aleksandra Salamaxinaya 5 min manat məbləğində təzminat ödənilməsini təmin edib.
Modern.az-a "Gavalı" şirkətindən bildirilib ki, şirkət dizayn nümunəsini hər kəsə əlçatan olan və müəllifi göstərilməyən resursdan götürüb.
Hüquq müdafiəsi Ramil Süleymanov məsələ ilə bağlı Modern.az - açıqlamasında bildirib ki, internet resurslarında hər hansı paylaşım yerləşdirilirsə, müəllifin kimliyini müəyyən etmək mümkündür:
"Xüsusən bu şəxsi səhifədirsə, müəllif haqda daha dəqiq informasiya tapmaq olar. Müəllif hüquqlarının qorunması haqda işarə də bu haqdadır" .
Həmçinin oxuyun
Hüquqşünas qeyd edib ki, istənilən halda şəxs digər şəxsin paylaşımından icazəsiz və ya istinadsız istifadə edirsə, informasiya sahibinə məsələni mübahisələndirmək hüququ verilir:
"Bu hal Azərbaycan respublikasının Cinayət Məcəlləsinin 165-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına əsasdır. Cəza kimi maliyyə sanksiyasından əlavə 320 saatdan 480 saata qədər ictimai işlər cəzası nəzərdə tutulur. Qanunsuz hərəkət davamlı və ya qrup şəklində baş verərsə, Məcəllənin 165.2 maddəsinə əsasən 2 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur".
Ramil Süleymanov əlavə edib ki, maliyyə cəriməsi 1000 manatdan 2000 manata qədər müəyyən edilsə də ekspertiza rəyi və dəyən zərərin həcmi ilə bağlı bu məbləğ dəyişə bilər.
Dizayner Aleksandra Salamaxina mövzu ilə bağlı hər hansı fikir bildirmək istəməyib.
01:07 / 28 Aprel 2026
13
00:07 / 28 Aprel 2026
45
23:26 / 27 Aprel 2026
190
22:44 / 27 Aprel 2026
62
22:42 / 27 Aprel 2026
261
22:42 / 27 Aprel 2026
74
22:32 / 27 Aprel 2026
119
22:26 / 27 Aprel 2026
68
22:13 / 27 Aprel 2026
64
22:09 / 27 Aprel 2026
89
22:01 / 27 Aprel 2026
210
21:56 / 27 Aprel 2026
1475
21:53 / 27 Aprel 2026
81
21:52 / 27 Aprel 2026
58
21:43 / 27 Aprel 2026
352
21:40 / 27 Aprel 2026
71
21:38 / 27 Aprel 2026
80
21:27 / 27 Aprel 2026
92
21:15 / 27 Aprel 2026
172
21:02 / 27 Aprel 2026
97
20:45 / 27 Aprel 2026
71
20:30 / 27 Aprel 2026
238
20:22 / 27 Aprel 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.