Qurbanovun ardınca o gedəcək: Yerinə KİM GƏLİR?
18 Fevral 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
778
18.02.2026, 10:24
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını “normal qarşıladığını” bildirməklə kifayətləndi.
Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin baş verdiyini göstərir.
Oxu24.com Modern.az-a istinadla xəbər verir ki, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.
Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.
Yayılan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.
Əgər bu məlumatlar təsdiqini tapsa, söhbət sadəcə etik pozuntudan deyil, dövlət idarəçiliyində maraqlar toqquşmasından və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedə bilər. Bu isə artıq hüquqi müstəviyə çıxarıla biləcək məsələdir.
Həmçinin oxuyun
Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına görə məsul qurum Səhiyyə Nazirliyidir. TƏBİB isə icraedici funksiya daşıyır və İcbari Tibbi Sığorta sisteminin tətbiqində əsas rol oynayır.
Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.
TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil.
Hazırda ortada rəsmi ittiham yoxdur. Lakin fakt budur ki, səbəbsiz və izahsız uzaqlaşdırma dövlət idarəçiliyində nadir hallarda baş verir.
Bir məsələ aydındır ki, proses yeni başlayır. Və görünən odur ki, “bu xəmir” həqiqətən də çox su aparacaq
12:00 / 18 Fevral 2026
103
11:56 / 18 Fevral 2026
13
11:40 / 18 Fevral 2026
71
11:29 / 18 Fevral 2026
83
11:19 / 18 Fevral 2026
28
11:03 / 18 Fevral 2026
37
10:58 / 18 Fevral 2026
151
10:55 / 18 Fevral 2026
38
10:48 / 18 Fevral 2026
73
10:33 / 18 Fevral 2026
50
10:20 / 18 Fevral 2026
46
10:16 / 18 Fevral 2026
40
09:56 / 18 Fevral 2026
65
09:00 / 18 Fevral 2026
131
08:58 / 18 Fevral 2026
89
02:13 / 18 Fevral 2026
175
23:51 / 17 Fevral 2026
239
23:36 / 17 Fevral 2026
293
23:30 / 17 Fevral 2026
221
23:13 / 17 Fevral 2026
106
23:10 / 17 Fevral 2026
157
23:10 / 17 Fevral 2026
96
23:03 / 17 Fevral 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.