Rza Talıbovun yeni görüntüləri YAYILDI — Məşhur sənətçi ilə (FOTO)
11 May 2026, 14:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
756
18.02.2026, 10:20
Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.
Oxu24.com xəbər verir ki, sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.
Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib:
“Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq və dərin münasibətlər birləşdirir. Ölkələrimiz müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır”.
O, həmçinin Baş nazir Edi Ramanın və tanınmış alban rəssamı Arben Qoleminin əsərlərinin bu sərgidə təqdim olunmasının onun üçün böyük şərəf olduğunu, bu gün burada Bakıdan olan dörd rəssamın iştirak etməsindən və onların öz müsbət təcrübələrini bölüşərək yaradıcılıqları haqqında şəxsən məlumat vermək imkanından böyük məmnunluq duyduğunu qeyd edib.
Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açaraq deyib: “Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83 faizini, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66 faizi birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər suitisi, qızılbalıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib”.
Albaniyanın Baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla, təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib. Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq, bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib. Edi Rama, sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.
Sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Xalq rəssamı Elena Haqverdiyeva Tirananın çox gözəl və unudulmaz təəssürat yaratdığını qeyd edərək, sərgidə nümayiş olunan əsərinin “Daxili bağlar” adlandığını diqqətə çatdırıb. “Bu kompozisiyada xalça motivləri ilə vəhşi təbiət elementlərini bir araya gətirmişəm. Bu sənət işi hər birimizin daxili dünyasında, qəlbində “böyüyən” mənəvi bağlardan bəhs edir”, - deyə Xalq rəssamı əlavə edib.
Sərgidə əsəri nümayiş olunan rəssam Nərgiz Quliyeva MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində iştirak etməkdən böyük şərəf duyduğunu bildirib. O, burada təqdim olunan əsərində afrikalı bir qadını təsvir etdiyini söyləyib. “Müxtəlif mədəniyyətlər və milli geyimlər hər zaman diqqətimi çəkdiyi üçün yaradıcılığımda bu mövzuya dəfələrlə müraciət etmişəm. Bu əsərimdə də məhz afrikalı bir ananı canlandırmışam”, - deyə N.Quliyeva diqqətə çatdırıb.
Sərgidə təqdim etdiyim əsərlərin mikroorqanizmlərin sirli dünyasına həsr olunduğunu qeyd edən rəssam Elnarə Nəsirli, yalnız mikroskopla seçilə bilən, gözlərimizdən gizlənən o möhtəşəm kainatı tamaşaçıya çatdırmaq istədiyini bildirib. O, abstrakt formaların dili ilə bu görünməz aləmin hüdudsuz zənginliyini və mürəkkəbliyini nümayiş etdirməyə çalışdığını söyləyib.
Bu layihədə iştirak etməyin onun üçün qürurverici olduğunu diqqətə çatdıran rəssam Ceyhun Abdullayev sərgilənən əsərinin “Yeni həyat” adlandığını bildirib: “Burada hamilə qadın obrazı təsvir olunub. Arxa fonda təbiət təsvirlərinə yer vermişəm, çünki övlad dünyaya gətirməyin özü elə yeni bir həyatdır. Hesab edirəm ki, həm təbiətə, həm də incəsənətə olan sevgini birləşdirən bu layihə, ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək”.


14:23 / 11 May 2026
8
14:11 / 11 May 2026
77
14:08 / 11 May 2026
41
13:42 / 11 May 2026
44
13:30 / 11 May 2026
63
13:25 / 11 May 2026
103
13:14 / 11 May 2026
46
12:50 / 11 May 2026
466
12:46 / 11 May 2026
51
12:37 / 11 May 2026
53
12:36 / 11 May 2026
55
12:18 / 11 May 2026
86
12:11 / 11 May 2026
6881
12:07 / 11 May 2026
66
12:01 / 11 May 2026
125
11:53 / 11 May 2026
57
11:43 / 11 May 2026
2138
11:18 / 11 May 2026
62
11:07 / 11 May 2026
309
11:05 / 11 May 2026
73
10:59 / 11 May 2026
723
10:53 / 11 May 2026
69
10:46 / 11 May 2026
611
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.