Mayda pensiya gözləyənlərə XƏBƏR
11 May 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4228
15.02.2026, 19:25
Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verdi.
Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualının mabədi isə gənc nəslə tanış olmaya bilər.
Oxu24.com Oxu.Az-a istinadən Emin Hüseynovun “səfirlik macərası”nın bəzi məqamlarını yada salır:
Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.
2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik “amerikalı hərbçi xanımla evli olan” Hüseynovun bu istəyini rədd edir.
“Azadlıq radiosu” məsələni belə qələmə verir:
“Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hoqana bir kağız ötürür: “Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm”. Hoqan deyir ki, kömək edə bilməz”.
Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.
“O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, qadın paltarı geyindi. Emin, hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı”, - başqa bir mənbə deyir.
Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.
Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.
Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan E.Hüseynov hazırda da İsveçrədə yaşayır.
12:07 / 11 May 2026
20
12:01 / 11 May 2026
34
11:53 / 11 May 2026
30
11:43 / 11 May 2026
325
11:18 / 11 May 2026
41
11:07 / 11 May 2026
193
11:05 / 11 May 2026
52
10:59 / 11 May 2026
366
10:53 / 11 May 2026
53
10:46 / 11 May 2026
431
10:42 / 11 May 2026
74
10:41 / 11 May 2026
60
10:38 / 11 May 2026
51
10:23 / 11 May 2026
377
10:21 / 11 May 2026
60
10:20 / 11 May 2026
51
10:18 / 11 May 2026
48
09:48 / 11 May 2026
75
09:45 / 11 May 2026
60
00:40 / 11 May 2026
358
00:29 / 11 May 2026
218
00:17 / 11 May 2026
412
23:54 / 10 May 2026
396
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.