Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
698
15.02.2026, 14:13
Oxu24.com oxuculara vəzifədə olan xanımlarla bağlı maraqlı məlumatları təqdim etməkdə davam edir.
Bu dəfə təqdim edəcəyimiz şəxs İndira Niyazi qızı Hacıyeva ilə bağlıdır.
İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub.

1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub.
1982–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis kimi çalışıb.
1992–1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993–1995 və 1998–1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999–2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000–2001) vəzifələrində işləyib.
Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001–2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006–2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008–2021) vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
Hazırladı: Nərmin Balacayeva
00:19 / 13 May 2026
267
00:05 / 13 May 2026
1801
00:02 / 13 May 2026
216
23:59 / 12 May 2026
3504
23:54 / 12 May 2026
996
23:50 / 12 May 2026
243
23:43 / 12 May 2026
1185
23:40 / 12 May 2026
102
23:31 / 12 May 2026
100
23:27 / 12 May 2026
92
23:25 / 12 May 2026
86
23:22 / 12 May 2026
138
22:47 / 12 May 2026
205
22:38 / 12 May 2026
124
22:20 / 12 May 2026
113
21:59 / 12 May 2026
147
21:54 / 12 May 2026
132
21:37 / 12 May 2026
157
21:15 / 12 May 2026
138
20:55 / 12 May 2026
126
20:44 / 12 May 2026
224
20:42 / 12 May 2026
120
20:39 / 12 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.