Azər Əhmədov vəzifəsindən azad olundu — FOTO
12 May 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
15.02.2026, 10:46
Zirzəmidə ömrü keçən, unudulmaz şair...
Ədalətsizliyə, haqsızlığa susan cəmiyyət...
Zirzəmidə ömür yaşayan ədəbiyyat adamı...
Bəzən yaradıcı şəxsləri ladeydlik öldürür...
Çox-çox böyük istedad sahibi olan, dünya var olduqca yaşayan, sözüylə, şeirlərilə ürəklərdə taxt qurmuş ölməz ŞAİR Əli Kəririm çox təəssüflər olsun ki, əzab dolu günlərlə, məşəqqətlə, əziyyətlə zirzəmidə yaşayıb.
Unudulmaz şair Əli Kərim 1969-cu ildə çox gənc yaşda- 38 yaşında vəfat edib.
Zirzəmilər gənc şairin ömrünü yarıda qırıb.
"Hər dəfə Yazıçılar İttifaqında mənzill bölgüsü olanda Əli Kərimə mənzil verilməyib.
Yazıçılar İttifaqı mənzili olanların oğluna, qızına, hətta bəzilərinin məşuqələrinə də mənzil verib".
Bu fikirlər unudulmaz şair Əli Kərimin həyat yoldaşı Elza xanımın müsahibələrində yer alıb. İlahi, necə də ürək ağrıdıcı mənzərədi.
Böyük ürək ağrıısıyla onu da qeyd edim ki, bu olanlardan neçə illər keçməsinə baxmayaraq indi də həmin dövr təkrar olunur.
Mən, ədəbiyyat adamı kimi illərdi kirayədə, daxmada, zirzəmidə dözülməz, məşəqqətli günlərlə ömür yaşayıb çərləyib çürüyürəm.
Yazıçılar Birliyində mənzil bölgüsü olanda mənə mənzil verilmir, amma çox-çox təəssüf ki, mənzili olanlara mənzil verilir.
Bir məqamı da vurğulayım ki, Şair Əli Kərimin yaşadığı illər 1960-cı illər olub, mənim yaşadığım illər isə 2000-ci illərdi.
Atalar məsəlində deyildiyi kimi:
"Yenə həmin dalğa, yenə həmin koordinat".
Əli Kərim kimi çox istedadlı bir şair yüksək vəzifəlilərin, məmurların və ədalətsizliyə susan, haqsızlığa biganəlik göstərən cəmiyyətin laqeydliyi ucbatından 38 yaşında həyatını itirərək bu dünyadan köç edib.
Bu xoşagəlməz hal isə çox ağrı-acılıdır.
P. S. Belə cəmiyyətlə eyni ölkədə yaşayırıq.
Daha nə deyək ki...
Sözün bitdiyi andı.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist
14 fevral 2026
19:08 / 12 May 2026
13
18:58 / 12 May 2026
142
18:45 / 12 May 2026
40
18:29 / 12 May 2026
63
18:18 / 12 May 2026
132
18:09 / 12 May 2026
75
17:50 / 12 May 2026
97
17:40 / 12 May 2026
200
16:55 / 12 May 2026
91
16:53 / 12 May 2026
70
16:27 / 12 May 2026
190
16:11 / 12 May 2026
119
15:49 / 12 May 2026
97
15:42 / 12 May 2026
149
15:31 / 12 May 2026
94
15:30 / 12 May 2026
881
15:26 / 12 May 2026
550
15:15 / 12 May 2026
112
15:04 / 12 May 2026
90
14:55 / 12 May 2026
87
14:50 / 12 May 2026
93
14:44 / 12 May 2026
93
14:38 / 12 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.