Əli Əsədov onlara yeni səlahiyyət verdi
12 May 2026, 16:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1436
15.02.2026, 10:24
Oxu24.com yüksək vəzifə tutan xanımlarla bağlı növbəti yazını təqdim edir.
Bu dəfə bəhs edəcəyimiz şəxs Dövlət Turizm Agentliyində ən yüksək rütbəli xanım vəzifəli şəxs Azadə Abbas qızı Hüseynova ilə bağlıdır.
O, hazırda Agentlik sədrinin müavini vəzifəsində fəaliyyət göstərir.
Azadə Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub. Ali təhsilini Azərbaycan Dillər Universitetində alaraq bakalavr və magistr pillələrini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
Peşəkar fəaliyyətinə müxtəlif beynəlxalq təşkilatlarda başlayan Azadə Hüseynova 2018-ci ildən etibarən dövlət qulluğunda çalışır. Həmin ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb.
Sonrakı dövrdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, daha sonra Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.
2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 yanvar 2022-ci il tarixli 3112 nömrəli Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.
Beləliklə, hazırda Dövlət Turizm Agentliyində ən yüksək rütbəli xanım vəzifəli şəxs məhz sədr müavini Azadə Hüseynovadır.
Hazırladı: Nərmin Balacayeva
16:55 / 12 May 2026
22
16:53 / 12 May 2026
24
16:27 / 12 May 2026
67
16:11 / 12 May 2026
67
15:49 / 12 May 2026
61
15:42 / 12 May 2026
110
15:31 / 12 May 2026
67
15:30 / 12 May 2026
553
15:26 / 12 May 2026
359
15:15 / 12 May 2026
80
15:04 / 12 May 2026
71
14:55 / 12 May 2026
71
14:50 / 12 May 2026
70
14:44 / 12 May 2026
76
14:38 / 12 May 2026
69
14:35 / 12 May 2026
79
14:25 / 12 May 2026
65
14:23 / 12 May 2026
92
14:21 / 12 May 2026
81
13:49 / 12 May 2026
472
13:48 / 12 May 2026
100
13:34 / 12 May 2026
88
13:11 / 12 May 2026
880
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.