Gecələr Wİ-Fİ şəbəkəsini söndürməyənlərə xəbərdarlıq!
10 Mart 2026, 00:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
15.02.2026, 10:18
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə sual verən Stepan Safaryan Nikol Paşinyanın tərəfdarlarındandır. 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan əsasən Paşinyan hakimiyyətinin kursuna uyğun çıxışları ilə tanınır.
İstisna deyil ki, Safaryanı Münhenə göndərən və Əliyevə verilən sualları hazırlayan Ermənistan hakimiyyətidir. Sualların mahiyyəti də bunu deməyə əsas verir. Erməni ekspert Azərbaycan prezidentindən iki məsələni soruşur, daha dəqiq desək, mövqe irəli sürür.
Birincisi, Ermənistanın mövcud konstitusiyasının yekun sülh müqaviləsinin imzalanmasına maneə olmamasıdır. Safaryan iddia edir ki, Azərbaycanı narahat edən Ermənistanın Müstəqillik Bəyannaməsi artıq qüvvədə deyil, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı olub.
İkincisi, Ermənistanın “sülh qovşağı”nı mühüm təşəbbüs kimi təqdim edir. İddia edir ki, ABŞ-ın hər iki administrasiyasının (Bayden dəstəkləsə də, Tramp administrasiyasının yanaşması fərqli olub) dəstəklədiyi bu layihə bütün təşəbbüsləri - İpək yolu, Transxəzər, “Bir kəmər bir yol” - tənzimləyir.
Hər iki məsələ rəsmi İrəvanın “mətbəxi”ndə hazırlanıb.
- Ermənistan hakimiyyəti seçkiyə qədər yekun sülh müqaviləsini imzalamaq istəyir və iddia edir ki, mövcud konstitusiya – Bakının narazılığına səbəb olan müstəqillik bəyannaməsi sazişin imzalanmasına maneə deyil. Paşinyan da bildirdi ki, seçkidən öncə müqavilənin imzalanması məqsədi hökumətin gündəliyinə daxil edilib.
- “Sülh qovşağı”nı regional kommunikasiyanın açılmasında əsas layihə kimi qəbul etdirməyə çalışan İrəvanın iki ana hədəfi var:
a) Zəngəzur dəhlizinə bu layihə çərçivəsində daha çox nəzarət edə bilmək, “suverenlik prinsipini” gücləndirmək;
b) Cənubi Qafqazın bütün kommunikasiyasını Ermənistan üzərində birləşdirməklə regionun əsas tranzitinə çevrilmək;
Həmçinin oxuyun
Bayden Administrasiyası regional kommunikasiyanın açılmasında Paşinyanın “sülh qovşağı” təşəbbüsünə dəstək verirdi və “yanlış ata oynamaq”la itirən tərəfə çevrildi. Tramp Baydenin yanlışını təkrar etmədiyi üçün regionda qazanan tərəf oldu. TRİPP layihəsi də Bakının istəklərinin qəbul edildiyi üçün baş tutdu. Paşinyan isə TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağında birləşdirmək niyyətindən imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirir.
Safaryanın Prezident İlham Əliyevə ünvanladığı sual/mövqe də Münhendə diqqəti “sülh qovşağı”na və Ermənistanda parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanmasına yönəltməyə hesablanmışdı. Rəsmi İrəvan bununla beynəlxalq ictimai rəyi öz maraqları istiqamətində formalaşdırmağa çalışır.
Bu kontekstdə erməni nümayəndənin sualının təxribat xarakterli olduğu aydın görünürdü. Prezident İlham Əliyev də Ermənistan hakimiyyətinin niyyətinə adekvat cavab verdi.
Prezident “Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz” deməklə Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu göstərdi və mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını bir daha çatdırdı. “Sülh qovşağı” ilə bağlı dediyi “Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü, daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək” sözləri isə incə diplomatiya hesab oluna bilər.
Əliyev göstərir ki, “sülh qovşağı” Baydenin layihəsidir”: bununla ABŞ Administrasiyasına Ermənistanın təşəbbüsünün problemli olduğunu çatdırır və Trampa “Paşinyan TRİPP-i qəbul etsə də, hələ də Baydenin dəstəklədiyi layihə haqda düşünür” mesajını verməklə “sülh qovşağı”na mümkün dəstəyi arxa plana keçirir.
Publika.az,
Asif Nərimanlı
00:15 / 10 Mart 2026
27
00:14 / 10 Mart 2026
23
00:10 / 10 Mart 2026
27
23:57 / 09 Mart 2026
113
23:55 / 09 Mart 2026
2212
23:49 / 09 Mart 2026
118
23:49 / 09 Mart 2026
36
23:46 / 09 Mart 2026
42
23:42 / 09 Mart 2026
129
23:29 / 09 Mart 2026
403
23:27 / 09 Mart 2026
143
23:23 / 09 Mart 2026
45
23:18 / 09 Mart 2026
38
23:15 / 09 Mart 2026
44
23:13 / 09 Mart 2026
45
23:07 / 09 Mart 2026
43
23:02 / 09 Mart 2026
199
22:59 / 09 Mart 2026
50
22:55 / 09 Mart 2026
38
22:43 / 09 Mart 2026
555
22:34 / 09 Mart 2026
52
22:32 / 09 Mart 2026
47
22:21 / 09 Mart 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.