Müəllimlər 200 manat CƏRİMƏLƏNƏCƏK
22 Aprel 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
968
14.02.2026, 20:29
Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad edildikləri bildirilir.
Oxu24.com xəbər verir ki, hər üç kadr FHN sistemində uzun illərdir işləyirlər.
Onların eyni vaxtda işdən çıxarılmasının səbəbi haqda açıqlama yoxdur.
Əlbəttə, ilk düşünülən təqaüd yaşıdır:
Faiq Tağızadə - tibb xidməti general-leytenantıdır.
17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var.
2000-ci illərin əvvəllərindən FHN rəhbərliyində təmsil olunur.
Etibar Böyükbəy oğlu Mirzəyev, general-leytenantdır, 30 noyabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.
Orucəli Məmməd oğlu Hacıyev - 20 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.
Beləliklə, Faiq Tağızadənin 74, Etibar Mirzəyevin 67, Orucəli Mirzəyevin isə 66 yaşı var.
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 18-ci maddəsi bu qurumda xidmətkeçmənin yaş həddini müəyyən edir.
FHN-də sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) 50 yaş, orta və böyük rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün 55 yaş nəzərdə tutulur.
Ali rəis heyəti vəzifələrində daxili xidmət general-mayoru, tibb xidməti general-mayoru, daxili xidmət general-leytenantı və tibb xidməti general-leytenantı xüsusi rütbələrində olan əməkdaşlar üçün pensiya yaşı 60 yaşdır.
Aydın olur ki, hər 3 nazir müavini pensiya yaşını çoxdan keçiblər.
Məsələ ondadır ki, sözügedən qanunun 18.1-ci maddəsinə görə, pensiya yaşına çatmış fövqəladə hallar orqanı əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 5 ilə qədər müddətə uzadıla bilər.
Bu hesabla hazırda vəzifədən azad edildiyi bildirilən nazir müavinləri “yaş artımı” müddətini də keçib, Faiq Tağızadə yaş artımını ümumiyyətlə 15 ilə yaxındır ötüb.
Bu baxımdan nazir müavinlərinin yaşa görə vəzifədən azad edildiyini düşünmək mümkündür.
Amma bir məsələ var ki, nazirin digər müavinləri Rəfail Xalid oğlu Mirzəyev 1959-cu il, Tapdıq Əhliman oğlu Əmiraslanov (tanınmış akademik və millət vəkili Əhliman Əmiraslanovun oğlu) 1978-ci il, Adil Ələsgər oğlu Abdullayev isə 1977-ci il təvəllüdlüdür. Sonunculardan fərqli olaraq, Rəfail Mirzəyev təqaüd yaşını artıq keçib.
Buna baxmayaraq, R.Mirzəyev müavinlər arasında “birinci müavin” statusunda olan yeganə şəxsdir və bu, onun digər pensiya yaşı keçmişlərlə birgə vəzifədən azad olunmamasının səbəbi ola bilər.
Həmçinin oxuyun
00:10 / 23 Aprel 2026
103
23:46 / 22 Aprel 2026
166
23:35 / 22 Aprel 2026
62
23:24 / 22 Aprel 2026
171
23:18 / 22 Aprel 2026
2173
23:16 / 22 Aprel 2026
249
23:04 / 22 Aprel 2026
262
22:50 / 22 Aprel 2026
80
22:40 / 22 Aprel 2026
54
22:30 / 22 Aprel 2026
79
22:29 / 22 Aprel 2026
51
22:28 / 22 Aprel 2026
59
22:14 / 22 Aprel 2026
151
22:08 / 22 Aprel 2026
52
22:06 / 22 Aprel 2026
60
22:04 / 22 Aprel 2026
163
22:00 / 22 Aprel 2026
51
21:57 / 22 Aprel 2026
528
21:51 / 22 Aprel 2026
97
21:48 / 22 Aprel 2026
1318
21:45 / 22 Aprel 2026
89
21:44 / 22 Aprel 2026
124
21:43 / 22 Aprel 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.