Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2073
14.02.2026, 20:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2026-cı il büdcəsində dövlət transferlərinin azaldılması məsələsi gündəmə gəlib. Bu səbəbdən agentliyin tibbi xidmətləri təmin etmək üçün ciddi maliyyə vəsaitinə ehtiyacı yaranıb. Bununla bağlı təşəbbüs irəli sürülüb ki, işləməyən, pensiya yaşında olan, heç vaxt əmək müqaviləsi olmayan şəxslər də daxil olmaqla, əmək pensiyaçıları istisna edilmədən hər kəs aylıq 18 manat məbləğində icbari tibbi sığorta haqqı ödəsin ki, xidmətlərdən yararlana bilsin.
Oxu24.com bildirir ki, məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, burada pensiyaçının bu ödənişi hansı mənbədən ödəyəcəyi sualı yaranır:
"Pensiya mənbəyindən tutulma məsələsinin qanuniliyi də müzakirə mövzusudur. Bu, əslində dövlətin təqdim etdiyi sosial təminat kimi qiymətləndirilməlidir. Dünyanın əksər inkişaf etmiş ölkələrində vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən bu formada ödəniş mexanizmi olmadan istifadə edirlər. İcbari tibbi sığorta sistemi yığım prinsipi əsasında formalaşır və göstərilən xidmətlər də bu ümumi fond hesabına maliyyələşir. Görünür, yaranmış maliyyə çətinliklərini aradan qaldırmaq üçün belə bir təşəbbüs irəli sürülüb. Hətta təklifdə ödəniş etməyən şəxslərin cərimələnməsi məsələsi də yer alıb".
O deyib ki, cərimənin necə tətbiq ediləcəyi və vəsaitin hansı mexanizmlə tutulacağı da aydın göstərilmir:
"Bütün hallarda, bu yanaşma doğru hesab edilmir. Çünki icbari tibbi sığorta aylıq ödəniş prinsipi ilə deyil, ümumi yığım prinsipi ilə fəaliyyət göstərir. Yəni şəxs hər hansı ay ödəniş etmədiyi halda belə, sistem üzrə tibbi xidmət almaq hüququnu itirmir".
Qeyd edək ki, əgər pensiyaçı rəsmi olaraq heç bir yerdə işləmirsə və sahibkarlıq fəaliyyəti yoxdursa, onun sığorta haqqı 900 milyon manatlıq dövlət ayırması hesabına qarşılanır. Beləliklə, işləməyən pensiyaçılar öz cibindən sığorta haqqı ödəmir, yəni bu ödənişdən azaddırlar.Lakin bir məqamı qeyd etmək lazımdır ki, əgər pensiyaçı həm də rəsmi iş yerinə sahibdirsə və ya sahibkar kimi fəaliyyət göstərirsə, o, digər işləyən vətəndaşlar kimi gəlirindən sığorta haqqı ödəməlidir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.