Bürclər - 25 aprel 2026 cı il
25 Aprel 2026, 01:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
14.02.2026, 20:28
Böyrəklərimiz bədənimizin səssiz çalışan qəhrəmanları kimidir. Bir çox problemlərin səbəbi də böyrəyin xəstə olmasından irəli gəlir.
Oxu24.com xəbər verir ki, böyrəklər yalnız sidik ifraz etmir, eyni zamanda orqanizmin kimyəvi laboratoriyası və tarazlıq mərkəzi kimi fəaliyyət göstərir. Həmçinin qan təzyiqinin (tansiyonun) tənzimlənməsində də mühüm rol oynayır. Bu səbəbdən təzyiq və böyrək sağlamlığı bir-biri ilə sıx bağlıdır. Böyrəklər bədəndən artıq su və duzu çıxarır və qan təzyiqini tənzimləyən müəyyən hormonlar ifraz edir.
Uzun müddət nəzarətsiz qalan yüksək qan təzyiqinin zamanla böyrəklərdəki kiçik qan damarlarına zərər verir. Böyrəklərin qanı süzmə qabiliyyətini azaldır. Sidikdə zülal sızmasına səbəb ola bilər. Zamanla böyrək çatışmazlığına qədər irəliləyə bilər.
İnsan özünü yaxşı hiss edərkən, böyrəklər səssizcə zədələnə bilər və bu da pis bir dövrə yarada bilər. Yüksək qan təzyiqi böyrəklərə zərər verdiyindən və böyrək zədələnməsi qan təzyiqinin daha da artmasına səbəb olduğundan, qan təzyiqi və böyrək sağlamlığı birlikdə izlənilməlidir.
Həmçinin oxuyun
Hipertoniya xəstələri, diabet xəstələri, 40 yaşdan yuxarı insanlar, ailəsində böyrək xəstəliyi olanlar və uzun müddət və tez-tez ağrıkəsicilərdən (xüsusilə QSİƏP) istifadə edənlər risk altındadır.
Nə etməli?
Qan təzyiqinizi müntəzəm olaraq ölçün, duz qəbulunu azaldın, reseptli qan təzyiqi dərmanlarını müntəzəm olaraq qəbul edin, lazımsız ağrıkəsicilərdən çəkinin, siqaret çəkməyin, sağlam çəkiyə sahib olun və müntəzəm olaraq idman edin, həmçinin ildə ən azı bir dəfə qan və sidik analizləri verin.(Axsam.az)
01:08 / 25 Aprel 2026
1
00:59 / 25 Aprel 2026
19
00:22 / 25 Aprel 2026
134
23:49 / 24 Aprel 2026
43
23:35 / 24 Aprel 2026
156
23:21 / 24 Aprel 2026
181
22:43 / 24 Aprel 2026
242
22:31 / 24 Aprel 2026
64
22:31 / 24 Aprel 2026
179
22:29 / 24 Aprel 2026
69
22:21 / 24 Aprel 2026
73
22:20 / 24 Aprel 2026
190
22:15 / 24 Aprel 2026
1309
22:13 / 24 Aprel 2026
62
22:10 / 24 Aprel 2026
604
22:07 / 24 Aprel 2026
64
22:03 / 24 Aprel 2026
170
22:00 / 24 Aprel 2026
129
21:56 / 24 Aprel 2026
69
21:44 / 24 Aprel 2026
161
21:10 / 24 Aprel 2026
127
20:55 / 24 Aprel 2026
99
20:49 / 24 Aprel 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.